Sabirabadın “İcra başçısı 169500 manat mənə pul xərclədib” Şok iddia


 

Sabirabad rayon sakini, dövlət qulluqçusu,YAP Sabirabad rayon təşkilatının üzvü,rayonun sabiq təhsil şöbəsinin müdiri Elman Bünyadovdan  müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:

DSC_0035(1).jpg

Azərbaycan  Respublikasının  Prezidenti İlham  Əliyev  cənablarına                 

Surəti:  Respublikanın  birinci  vitse–prezidenti   Mehriban  xanım  Əliyevaya

Surəti:  Baş  Prokurorluq  yanında Korrupsiya  İdarəsinin  rəisi  cənab  Kamran Əliyevə                                                                                                                                

 Surəti:  Fövqəladə  Hallar  naziri   cənab Kəmaləddin   Heydərova

Surəti : Təhsil  naziri   cənab  Mikayil Cabbarova

 

Sabirabad  rayon  sakini, birinci  dərəcəli Dövlət  qulluqçusu , Yeni  Azərbaycan Partiyasının  üzvü   Elman  Bunyad  oğlu Bunyadov  tərəfindən

                                                              ƏRİZƏ

Yazıb  Sizə  bildirirəm ki, mən  2010-2016- cı  illərdə  Sabirabad  rayon  Təhsil Şöbəsinin  müdiri  vəzifəsində  işləmişəm  2012- ci  ildən   Rayon  rəhbərliyinin təkidi ilə  gördüyüm  işlər  barədə  sübutlarla  sizə  məlumat  verirəm.

Xatirladım  ki,  4000 (  dörd )  min  manatdan  aşağı  olan  işləri yazmıram.

  1.  Bakı  şəhərində məlum  yanğın hadisələrindən  sonra  H. Əliyev prospektində  19  saylı  yaşayış  binasının üzlüklərinin  dəyişdirilməsi  –   28000 manat (  sübut , orada  işləyən  fəhlələr)
  2.  Heydər  Əliyev  Mərkəzinin  tikintisi zamanı  gördüyüm  işlər –  16000  manat   (sübut, Mərkəzin  tikintisi  zamanı  işləyən fəhlələr )
  3.  H.Həmidov  küçəsində   yeni  inşa  edilmiş  3  saylı  Uşaq  bağçasının  və  S. Vurğun  adına  şəhər 3  saylı  məktəbin  ön hasarlarının  tikintisi  üçün – 22000  manat
  4.  20  Yanvar  küçəsinin   asfalt örtüyünün   yendən  qurulması  – 18000 manat
  5.  H. Əiyev  prospekti    6  saylı  yaşayış binasının üzlüyünün  sökülməsi – 6000 manat
  6. Rayon  İcra  Hakimiyyətinin  başçısı üçün  avtomobilin  alınması  –  5200 manat
  7. Rayon  Mədəniyyət  Evinə kondisionerlərin  alınması  –   4400  manat
  8. Qasımbəyli  kənd  tam  orta  məktəbinin döşəmələrinin  dəyişdirilməsi –  12500 manat
  9.  Kürkənd  kəndi  ərazisində  hasarların çəkilməsi  –   11500   manat

 

  1. Əsgərbəyli  kənd  tam  orta  məktəbinin hasarının  çəkilməsi – 13000  manat

 

  1. ” ASAN XİDMƏT”  mərkəzinin  tikintisi zamanı  –    7500  manat

 

  1.   Heydər Həmidov  küçəsində    fərdi yaşayış  evlərinin   hasarlarının dəyişdirilməsi – 4400  manat

 

  1.   H. Əliyev  adına  Parkda   Fontanın yendən  qurulması  –  5000 manat

 

  1.  Dörd  il  müddətində  Novruz  bayramı, istər  Yeni il  şənliklərinin  H. Əliyev parkında  keçirilməsi  zamanı  ən  azı- 4000 manat

 

  1. Sabirabad  rayonunun  80  illik  yubileyi ilə  keçirilən  tədbirə  – 8000  manat

 

Bildirirəm ki,  bütün  bu  görülən  işlərin pulunu ödəmək  üçün   Milli Ordunun Zabiti olan  oğlumun  Bakı  şəhərində  evini, maşınını,  özümün   evimi  və  maşınımı satmışam.

 

Sizə  bildirirəm ki,  Sabirabadda  yeganə məmur  olmuşam  ki,  oğlum  Milli Ordunun  zabiti  olub  və  dəfələrlə döyüşlərdə  iştirak  edib. Lakin  18  aydır  ki ,  mən  işsizəm. Hal–hazı­rda  kirayədə yaşayıram. Dəfələrlə  müraciət  etməyimə baxmayaraq,  hər  hansı  bir  işlə  təmin olunmuram.   Aclıq  və  səfalət  içərisində yaşayıram.  Yazıb  Sizdən  xahiş  edirəm ki,  mənim  görülən  işlərə  xərclənən pullarımın  geri  qaytarılmasında  mənə köməklik  edəsiniz

PS.Sabirabad  rayon  sakini, birinci  dərəcəli Dövlət  qulluqçusu Yeni  Azərbaycan Partiyasının  üzvü  təhsildə 500 azn maaşla  Elman  Bunyad  oğlu Bunyadov xərclədiyi 169500 AZN necə əldə edibmiş.Pulların gəlir bəyannaməsi olubmu