Asiya inkişaf bankı, İlham Əliyev hakimiyyəti ilə birgə korrupsiya bataqlığında


Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın Şahdəniz 2 layihəsinin genişləndirilməsi üçün özəl və dövlət sektoruna 1 milyard dollar yardım ayıracağını hələ 2016 ilin dekabr ayında  açıqlamışıdır

20799348_1372616412787010_2595200562475914888_n

Bu barədə məlumat bankın rəsmi internet səhifəsində də  yerləşdirilmişdır

Yardıma Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinə 500 milyon dollar məbləğində özəl sektor krediti və 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxil idi .

Zəmanətin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə Dövlət Neft Şirkətinə aid olan Cənub Qaz Dəhlizi QSC-nin beynəlxalq banklar konsorsiumu tərəfindən verilən 526 milyon dollar dəyərində kommersiya kreditlərinə dəstək üçün nəzərdə tutulmuşdur.

AİB-in Direktorlar Şurası ötən ilin dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə CQD-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib.

Şahdəniz lahiyəsindən  Azərbaycanın əldə etdiyi mənfəətlə baglı ətraflı bilgiləri aşagıdakı linkdən  əldə edə  bilərsiniz

Tikla Oxu  Şahdəniz” yatagindan Neft fonduna sıfır mənfəət.SOCAR çökür

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın Şahdəniz 2 layihəsinə ayırdıgı kreditin ardınca ,Şimal-Cənub” dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Asiya İnkişaf Bankının rəsmi  saytına istinadən verdiyimiz  məlumata görə, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Maraqlıdır Azərbaycan hakimiyyətinin 2017 il üçün nəzərdə tutdugu inkişaf planında dəmir yollarının yenidən qurulması  üçün  400 miliyon dollarlıq lahiyəbin olmadıgı halda bu pullar görəsən hansı məqsədlər  üçün alınır?!!!

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib

Bu məsələ ilə bag ölkə vətəndaşları Azərbaycanı  borc bataqlıgına sürükləyən  İlham Əliyevin korrupsioner  hakimiyyətinin bu əməlini pisləməlidir

Etibarlı mənbədən aldıgımız məlumata görə Asiya İnkişaf Bankının Azərbaycan üçün  ayıracagı 400 milion dollar kredit məbləgi  ,əslində  Rusiyada iri  investisiya yatırımları üçün nəzərdə tutulan lahiyələri həyata keçirəcək şəxsə,yəni  Rusiya Prezidenti V.Putin qarşısında  öhdəçilik götürmüş     Azərbaycan Prezidenti  İlham Əliyevə borc olaraq veriləcək

 

İnformasiya bölməsi