Burkina-Fasoda türk restoranına silahlı hücum: 17 nəfər həlak oldu


Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində naməlum silahlılar “İstanbul” kafesinə hücum edib

burkina_faso_160115

“Associated Press” agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlərin vətəndaşlığı hələ ki, müəyyən edilməyib. Bundan əvvəl “Frans Press” agentliyi 3 nəfər, o cümlədən bir Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayıb.

İlkin məlumata əsasən, üç silahlı Uaqaduqu şəhərindəki “İstanbul” kafesinə daxil olaraq odlu silahdan atəş açıblar. Hadisə yerinə ordu qüvvələri cəlb edilib, atışma baş verib. Ordu tərəfindən keçirilən əməliyyatın nəticələri barədə hələ ki, məlumat verilmir.