Lütfi Zadə sağdır


403606139

Bütün dünyada məşhur olan azərbaycanlı alim Lütfi Zadənin ölümü barədə xəbər həqiqətə uyğun deyil.

Xatırladaq ki, “Trend” informasiya agentliyi şənbə günü gecəyə yaxın bu barədə xəbər yerləşdirmişdi.

Tanınmış jurnalist Mirşahin Ağayev qeyd edib ki, şəxsən ötən gecə Lütfi Zadə ilə söhbət edib. Söhbət Bakı vaxtı ilə saat 23:25-də baş tutub.

“Düzdür, Lütfi Zadənin səsi əvvəlki kimi gümrah deyildi, lakin o dedi ki, özünü yaxşı hiss edir. Eyni zamanda, onun səhhətinə görə narahat olanlara minnətdarlığını bildirdi”, – Mirşahin Ağayev deyib.