Merkeldən Ərdoğana sərt cavab: İstənilən müdaxiləni qadağan edirik!


Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatına sərt təpki verib.

photo

Merkel Ərdoğanı Almaniya vətəndaşlarının sərbəst seçim hüququna müdaxilə etməkdə günahlandırıb. Və bəyan edib ki, Almaniya hökuməti buna imkan verməyəcək.

“Biz heç kimə, eləcə də prezident Ərdoğana bizim vətəndaşların, eləcə də türk əsilli vətəndaşlarımızın sərbəst seçim hüququna müdaxilə etməyə imkan verməyəcəyik. İctimai fikrin formalaşmasına yönələn istənilən müdaxiləni qadağan edirik!”, – deyə Merkel bildirib.

Qeyd edək ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türkləri gələn ay bu ölkədə keçiriləcək seçkiləri boykot etməyə çağırıb