Cib müxalifətin kuratoru KGB-n müstəntiqi Ramin Nagiyev ,Ramil Usubovdan 1 miliyon tələb edib?


 Uzun illər Azərbaycan KQB -nin baş müstəntiqi işləmiş , hal hazırda Fransada siyasi mühacir həyatı yaşayan Rusiya vətəndaşı ,Avropada bir qrup cib müxalifətlə Rusiya FSB-i arasında açar -kilit rolu oynayan KQB-in “Baş cəlladı” Ramin Nagıyev Vll Idarənin  polis zabiti Rövşən Abbasquliyevin gizli video görüntülərini mediadan sildirmək üçün DİN naziri Ramil Usubovdan bir milyon dollar tələb edib.

Buna səbəb Ramin Nagiyev ,zərərçəkən professor Elşad Abdullayevin qılıgına girərək ,qardaşı Mahir Abdullayevin ogurlanması cinayətində adı hallanan DİN -i General  Ramil Usubovla baglı gizli video çəkilişləri əldə etməsi olub

 Xalq arasında KQB-in “Baş cəlladı” –deyilən  Mümhüm İşlər üzrə Baş Müstəntiqi – Ramin Nagıyev Vll Idarənin  Gizli polis zabiti Rövşən Abbasquliyevin ,Mahir Abdullayevin ogurlanması barəsində gizli video görüntülərini mediadan sildirmək  və cinayəti ört-basdır etmək məqsədilə Daxili İşlər Naziri Ramil Usubovdan bir milyon dollar tələb edən Rusiya vətəndaşı Ramin Nagiyev bu günlərdə Avropada cib müxalifət donunda görünməyə başladı.

Şəkildə Ramin Nagiyev sagdan ikinci

…Gizli video görüntüdən bəlli olur ki, Mahir Abdullayevin ogurlanması cinayətinin  əsas subyektləri – mügənni Mətanət İsgəndərli, Sənan İbrahimov, keçmiş MTN-in Birinci müvini Hilal Əsədov,Akif Çovdarovun müavini olmuş  MTN polkovniki  Rəsul Rəsulov, DİN-i Naziri Ramil Usubov və PA administrasiya rəhbəri Ramiz Mehdiyevdir.

Düz deyirlər, tamah olan başda nə  agıl ,nədə insanlıq olmaz . 

Ramin Nagıyev də tamahı ucbatından başqalarının faciəsi üzərindən varlanmaq istəyən şəxslərdəndir

  İlk olaraq , Daxili İşlər Nazirliyinin Vll İdarəsinin rəisi polkovnik Vaqif Şərifov  öz tabeçiliyində olan  polkovnik Rövşən Abbasquliyevə  gizli göstəriş verərək ona zərərcəkən professor  Elşad Abdullayevlə görüşməyi tapşırır və göstəriş belə olur ki, Elşad Abdullayevlə danışıb ona söhbət əsnasında  bildirsin ki , Mahiri Bakı Şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıga qarşı Mübarizə (Banditizm)  Şöbəsinin  rəisi general Hilal Əsədov (sonradan-2004-ci il tarixindən  keçmiş MTN-in l müavni oldu) öz agenti mügəni Mətanət İsgəndərlinin mənzilindən ogurlayıb DİN-nin Banditizmə qarşı mübarizə  İdarəsinə aparıb. 

Elşad Abdullayev bildirir ki, o qardaşı Mahir Abdullayevin ogurlanması cinayəti haqqında  gizli video görüntünü ictimailəşdirmək məqsədilə qeydə alınmış gizli çəkiliş video disklərin bir qismini , Parisdə onunla  bir yerdə qalan KQB-in mühüm işlər üzrə keçmiş baş müstəntiqi,  Fransada siyasi mühacir həyatı yaşayan  Ramin Nagıyevə təhvil verib.

Gizli video diskləri  Professor Elşad Abdullayevdən alan   Ramin Nagıyev ikibaşlı oyun oynayaraq , DİN Naziri Ramil Usubovla gizlin   əlaqəyə 

girib, başqasının faciəsi üzərindən alver etməyə başlayır

Beləki ,Ramin Naqiyev ona verilən  gizli  video diskləri  izlədikdən sonra  Mahir Abdullayevin ogurlanması   cinayətini ört-basdır etmək məqsidilə , qarşı tərəflə əlaqəyə girir, Videoların internetdən sildirilməsi qarşılıgında ,Daxili İşlər Naziri Ramil Usubovdan  1 milyon dollar pul tələb edib, sonradan isə 500 min dolara razılıga gəliblər… Bu barədə mətbuata hətta bir sıra media orqanlarınadan məlumat sızmışdı. Bu razılıqdan sonra Ramin Nagıyev DİN-in Vlll İdarəsinin zabiti Rövşən Abbasquliyevin gizli-video görüntülərini mediadan və sosial şəbəkələrdən sildirmişdi.Halbu ki, gizli-video görüntüdə Mahir Abdullayevi ogurlanması cinayətinin real ip ucları vardı

Nəhayət, DİN-i Ramil Usubovla razılıga gəldikdən sonra  Ramin Nagiyev  mənim əleyhimə medyada kompromat təhrif olunmuş ,saxta məqalələr verdirməyə başladı…

Bu Video görüntüdə el arasında semyorka kimi tanınan Azərbaycan Daxili İşlər Nazirliyinin 7-ci idarəsinin zabiti Rövşən Abbasquliyevin, ABU -nun sabiq rektoru hüquq professoru Elşad Abdullayevlə  arasındakı video  danışıqları ictimaiyyətin diqqətinə çatdırırıq.

Rövşən Abbasquliyev:
– Bu gün şəkəri qalxıb bir az.

Naməlum (sonrakı danışıqlarda belə anlaşılır ki, bu şəxs Elşad Abdullayevin qardaşlarından biridir):
– Əşi o qədər olur ki. Azərbaycanda hamı şəkərdi də.

R.A:
– Mənim atamda da var. Yaman axmaq şeydir.

Naməlum:
– …Azərbaycanda 84, Özbəkistanda 90 faiz. Amma Avropada 01-05 olur.

R.A:
– Ən çox Azərbaycandadır. Avropada özlərinə baxırlar axı. Yeməklərinə baxırlar, əsəbləşmirlər.

R.A:
– Allah bağışlasın Elşad müəllim. Mən sizin kiçiyiniz. Nə zaman, harada lazımdır quluğunuzda hazıram.

E.A:
– Indi yenə də ordasan, həmin vəzifədəsən? Necə gedir işlər?

R.A:
– Belə də şükür Allaha.

E.A:
– Incidib eləmirlər? Söz-söhbət yoxdur?

R.A:
– Yoxdur. Şükür Allaha.

E.A:
– Sənin o sözün deyəsən düzdür. O da sən deyən şeyi deyir.

R.A:
– Vallah Elşad müəllim, papacanı. Vallah qulaq eşitdiyini deyər…

E.A:
– Mənim tələbə yoldaşım olub, o da məni eyni şeyi deyir.

R.A:
– Vallah sizdən sonra bizim rəisi( Vaqif Şərifovu) nazir çağırdı. Siz deyəsən nazirin qəbulunda oldunuz.

E.A:
– Mən getdim Ramil Usubovun qəbulunda oldum. Dedim bir tələbə yoldaşım, bir də hüquq fakultəsinin tələbəsi Rövşən…

R.A:
– Bəli, bəli çağırdı məni.

E.A:
– Sən “MVD”nin (DIN) özündə işləyirsən?

R.A:
– “MVD”nin “semyorkası” (7-ci şöbə). Bizim idarə burada Badamdarın böyründə yerləşir. Bizim nazirliyə aidiyyatımız yoxdur. Elə bil ki, nazirliyin əməkdaşlarıyıq, gizli müşahidə həyata keçiririk.

E.A:
– “Gənclik”dəkində?

R.A:
– Bəli, “Gənclik”dəkində. Atatürk prospektində məktəblə üzbəüz.

E.A:
– Birbaşa rəisin kimdir sənin?

Abbasquliyev:
– Mənim birbaşa rəisim Rauf müəllimdir. Birbaşa rəisim isə Ramil Usubovdur.

E.A:
– Daxili işlər naziri?

Abbasquliyev:
– Bəli, bəli.

E.A:
– Sənin birbaşa rəisin Vaqif olmalı idi…

R.A:
– Rauf müəllim mənim birbaşa rəisimdir.

E.A:
– Yox, Gündəlik rəisin…

R.A:
– Gündəlik rəisim Rauf müəllimdir. Amma biz tapşırıqları Vaqif müəllimdən alırıq.
Dedilər ki, onun dayısı “Bandotdel”dədir

E.A:
– Sən mənim canım, qadan alım. Mən yenə o məsələnin üstünə qayıdıram. Bir nəfər mənə bunu dedi. Biz bu məsələ ilə bağlı narahatıq. Mən bunu Ramil Usubova da dedim. Dedim ki, mən idim, qardaşım idi… Dedim ki, bir nəfər hüquq fakültəsindən idi. Heç adını demədim.

R.A:
– Elşad dayı, bilirsiniz, nətərdir? Söhbət necə açıldı? Mən sizə “doskanalnı” deyim.

E.A:
– (otaqdakı üçüncü şəxsə işarə edir) Özgə adam deyil. Doğma qardaşımdır.

R.A:
– Bilirəm, tanıyıram. Neçə dəfə görmüşəm.

E.A
– Tanıyırsan?

R.A:
– Hə tanıyıram. Neçə dəfə də görüşmüşük. Indi hər şey bir yana dursun. Biz Arazla dostuq. Bir yerdə oxuyuruq. Onun dayısınız. Deməli, mənim də dayımsız. Söhbət necə oldu. Bu Araz çox vurnuxdu ikinci kursdan polisə düzələcəm deyə. Bir-iki nəfərlə iş danışdılar. Nəsə iş alınmadı. Axırda mən buna dedim ki, ay Araz düzəlmək istəyirsən dayına get denən düzəltsin. Dedi yox. Dayım mənə deyib ki, polisə düzəlmə. Amma mən istəyirəm. Vəsiqə eşqinə düşüb. Dedim istəyirsən bizim idarədə imkan var.

E.A:
– Polis vəsiqəsi var idi axı onun?

R.A:
– Daha onu bilmirəm. Mən olanı deyirəm. Dedim ki, əgər meylin çəkirsə bizim idarəyə mən səni işə düzəldə bilərəm.

E.A:
– “Semyorka”ya?

R.A:
– Hə “semyorka”ya. Söhbət necə olub “doskanalnı” deyirəm. Siz özünüz sonra götür-qoy edin. Araz dedi hə nə olar. Gəldim girdim Vaqif Şərifovun yanına.

E.A:
– “Semyorka”nın rəisi?

R.A:
– Bəli, “semyorka”nın rəisinin. Girdim yanına. Özümü tərifləmək olmasın. Dedim ki, mən buranın fəal işçilərindən biriyəm. Bildiyiniz kimi tapşırıq verir, gəlirəm hesabat verirəm. Münasibət var. Gəldim girdim Vaqif müəllimin yanına. Dedim ki, belə bir yoldaş var, qohumumuzun bacısı oğludur. Bizə işə düzəlmək istəyir. Bəs filankəslərdəndir. Soruşdu, əsgərlikdə olub, hərbi bileti var? Dedim var. Bəs haranı qurtarıb? Dedim özəli qurtarıb. Dedi yox. Özəl bir qədər çətindir. Belə on beşədirsə, özəl ilə iyirmi minədir. Indi olan söhbəti eləyirəm. Dayı bacıoğlu kimi.

E.A:
– Dollar?

R.A:
– Hə, iyirmi min dollar pul istədi. Mən də gəldim Araza dedim ki, bu “yuxarı”dan gedir. Amma qələt eləyir. Əgər fikrin qətidirsə, on beş mini onun qabağına qoysaq, oyan-buyan etməyəcək. Sənin işin düzələcək. Araz dedi hə istəyirəm. Mən gəldim dedim ki, iyirmi min pulu yoxdur. Amma on beş min nəqd varıdı. Düzəldim. Sən öz xeyrini götür, mənə də xeyir odur ki, dostumdur yanımda işə düzəlib. Dedi hə istəyirəm. Üstündən bir, yoxsa iki gün keçmişdi gecə ilə Rauf müəllim mənim telefonuma zəng elədi. Dedi bəs Rövşən Arazın dayısını, yoxsa əmisini “Bandotel” aparıb. Bəs nə məsələdir? Mən bunu eşitmişəm. Onu da deyirəm.
Yolla gedəndə “Bandotdel” gəlib adamı “hopstop” eləyir

E.A:
– Mahir Arazın dayısıdır.

R.A:
– Hə, dayısını dedi ki, tutublar. “Banditizm” aparıb. Nə məsələdir? Dedim rəis vallah mən onu gündəlik görmürəm. Amma belə tez-tez görüşürük. Soruşaram.

E.A:
– Ayın neçəsi olub bu?

R.A:
– Seçkilərdən bir gün qabaq.

E.A:
– Ayın 14-ü.

R.A:
– Bəli seçkilər 15-i idi. Seçkilərdən bir gün qabaq.

E.A:
– Seçki oktyabrın 15-i olub.

R.A:
– Bəli, seçki 15-i olub. Ondan bir gün qabaq mənə belə zəng gəldi.

E.A:
– Biz tədbirdən axşam çıxanda ayın 13-ü idi.

R.A:
– Lənət şeytana. O mənə zəng vuranda ayın 13-i axşam idi. Yox lənət şeytana 14-ü axşam idi.

E.A:
– Yox on üçü axşam.

Abbasquliyev:
– Bəli-bəli.

E.A:
– Biz sonra görüşdük.

R.A:
– Yox biz 15-i görüşdük. Seçki günü.

Naməlum:
– Yeni Yasamalda görüşdük. “Medtexnikom”un qarşısında.

R.A:
– Biz seçkilər günü görüşdük. Indiyə kimi mənim yadımdadır. Çünki mən Biləcəridə seçki məntəqəsinin qarşısında idim.

E.A:
– Onda bizim görüşümüz 14-ü olub.

R.A:
– Mən bir dəqiqə sizə deyim. Mənə elə gəlir ki, 13-ü axşam mənə zəng gəlib.

E.A:
– Mənimlə ayın neçəsi görüşmüsən?

R.A:
– Yox, biz dəqiq 15-i görüşmüşük. Mən özüm Biləcəridə seçki məntəqəsinin qarşısında idim. Araza zəng elədim.
Yox, elə 14-ü axşam mənə zəng edib nə baş verdiyini soruşublar. Mən Araza zəng elədim. O mənimlə danışmaq istəmədi.

E.A:
– Ayın 14-ü neçədə idi zəng?

R.A:
– 14-ü deyim də saat axşam olardı. Görüşümüz isə saat 12-də oldu.

E.A:
– Axşam görüşdüz?

R.A:
– Yox, Arazla səhər görüşmüşəm. Mən zəngin axşam saatlarında olduğunu nəzərdə tuturam. Mənə zəng vuranda saat 9-da nə məsələ olduğunu soruşdular. Mən də dedim ki, nə bilim.

E.A:
– “Bandotel” iki cürdür. Bir var “qorodskoy”da Habil Quliyevinki, bir də var “Viloş”unku Vilayət Quliyevin. Vilayət də Quliyev gedir də? (Söhbət daxili işlər nazirinin  müavini Vilayət Eyvazovdan gedir. O, zaman Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin rəisi olub)

R.A:
– Mən bilmədim də hansına aparıblar. Çünki mənə yalnız dedilər ki, “Banditizm”ə aparıblar. Mən götürüb axşam Araza zəng elədim. Araz telefonu qaldırmadı.

E.A:
– 14-ü?

R.A:
– Bəli, həmin gecə 14-ü. Artıq 15-i seçki məntəqəsinin qarşısından zəng elədim. Gördüm Araz birtəhər danışır. Soruşdum kimi aparıblar, nəyi aparıblar? Araz ayıldı. Başa düşdü ki, artıq söhbətdən mənim xəbərim var. Soruşdu ki, bəs hardasan. Dedim bəs Biləcəridəyəm. Dedi ki, gəl Yasamala görüşək. Dedimm gəlim də.

– E.A:
– Sənə artıq Vaqif Şərifov zəng eləmişdi? Xəbər tutan kimi Araza zəng elədin?

R.A:
– Bəli o dəqiqə Araza zəng elədim. Araz mənimlə nəm-nümlə danışdı. Həmin 14-ü axşamı. Mənə saat 9-da zəng edib bu xəbəri dedilər. Mən də 10, 10-nun yarısı üçün Araza zəng elədim. Gördüm ki, Araz mənimlə danışmaq istəmir. Artıq 15-i seçkilər günü zəng elədim ki, bəs nə məsələdir? Mənim də xəbərim var. Bu qayıtdı ki, gəl görüşək.

E.A:
– Harada görüşdünüz Arazla?

R.A:
– Elə Yasamalda, “Medtexnikom”un qabağında.

E.A:
– Axı “Medtexnikom”un qabağında mənimlə görüşdünüz.

R.A:
– Sonra sizə zəng vurdum. Siz gəldiniz. Arazla orada görüşdük. Araz sizə zəng vurdu və orada görüşdük. Bu dayı da (əli ilə qarşısında oturanı göstərir) orada idi. Siz ikivüz gəldiz. Necə olubsa, təfsilatı ilə danışdım. “Banditizm”in də elə şeyi var. Gecə ilə adamı gəlir evindən “hopstop” eləyib aparır.

E.A:
– “Banditizm” niyə belə edir? Gələ bilər deyə bilər filankəsəm.

R.A:
– Başa düşdüm. Amma onların iş strukturuna bir az bələdəm. Onlar yolla getdiyin yerdə gəlib tuturlar. Bir də üç gün sonra adamın yiyəsi xəbər tutur ki, bəs “Banditizm”dədir. Bu idarənin strukturunda bu var. Mən onların iclasında hərdən oluram. Görürəm bunu.

E.A:
– Mahir müəlim bandit deyil.

R.A:
– Mahir müəllimi siz belə tanıyırsız. Amma Mahir müəllim mənim xalam qızıgillə oturub-dururlar. Ailəvi dostluq edirlər.
Bir ay yığdılar məni boğaza

E.A:
– Kimdir sənin xalan qızı?

R.A:
– Mahrux. Mahrux Kəlbəcərlidir.

E.A:
– Mənim yoldaşımın tələbə yoldaşıdır. Kəlbəcərlidir?

R.A:
– Mənim xalam qızıdır. Mənim anam Qarabağlıdır. Mahruxun da anası Qarabağlıdır. Atası isə Kəlbəcərdəndir. Sabir əmi.

E.A
– Sabir kürddür? Mənim dostumdur Sabir.

R.A:
– Bəli.

E.A
– Onun yoldaşı bizdə işləyir. Elə Maxruxda bizdə işləyir.

R.A:
– Mahrux mənim doğmaca xalam qızıdır.

E.A:
– Onun xalası da bizdə işləyir.

R.A:
– Zemfira xala? Təzəlikcə olub onda. Xəbərim yoxdur.

E.A:
– Yox uzun müddətdir. Poliklinikada.

R.A:
– Sabunçuda.

E.A:
– Yox, burada (“ABU klinika”ya işarə edir)

R.A:
– Burdakından xəbərim yoxdur.

E.A:
– Oğlu da müstəntiqdir.

R.A:
– Bəli, Binəqədidə müstəntiqdir.

E.A:
– Natiq, Davud.

R.A:
– Yəni, dediyim odur ki, Mahir müəllimi bəlkə hər hansı qonaqlıqda görmüşəm. Amma belə tanımırdım. Bir də ki, “Quran” haqqı pislik mənasında yox?

E.A
– Mənə elə gəlir səninlə o, 13-ü danışıb. Biz 14-ü görüşmüşük.

R.A:
– Yox 15-i dəqiq. Milyon faiz. Biz 15-i saat 12-1 arası Yasamalda “Medtexnikom”un qarşısında görüşmüşük.

E.A:
– Seçki məntəqəsinin?

R.A:
– Bəli. Hələ siz qayıtdınız ki, dünən seçki ilə bağlı tədbir olub, biz orada iştirak eləmişik. Sizin belə bir sözünüz oldu. Tədbir olub “Əl Oyunlarında”?

E.A:
– Tofiq Bəhramov stadionunda. Çıxış oldu orada.

R.A:
– Bəli, bəli stadionda.

E.A:
– Indi mən sənə bir şey göstərim (Masanın üzərindəki jurnalları Abbasquliyevə göstərir). Bax bu “Olimpiya” jurnalında Mahirin şəkli var. Həqiqətən də Mahir müəllimin Ilham Əliyevlə ayın 13-də şəkli var. Bax bu Mahir müəllim, bu Azərbaycanın prezidenti Ilham Əliyev, baş nazir, idman naziri, ortada da Mahir müəllim.

R.A:
– Bilirəm. Mahir müəllimin orada çıxışı da olub.

E.A:
– Şəkildə ortada Mahir müəllimdir. Prezident dəvət edib Mahir müəllimi yanına. Bax bu Mahir müəllim (E.Abdullayev qardaşı olan şəkli Abbasquliyevə verir- red)

R.A:
– Mən Mahir müəllimi belə üzdən tanımıram.

E.A:
– Bax da. Bax tanı. Bax həmin şəkil jurnalda da var. Bu Azərbaycanın prezidenti Ilham Əliyev, baş nazir Artur Rəsizadə, idman naziri.

R.A:
– Aydındır. Mən soruşdum dedilər ki, fəal iştirak edənlərdən biri olub

E.A:
– “KQB”nin mayoru olub.

R.A:
– Bəli, “KQB”nin mayoru olub, professordur. Hamısını bildim.

E.A
– Yaxşı, belə bir adamı “semyorka” nə edir?

R.A:
– Bəs söhbət də ondan getdi. Mən də onu deyirəm. Amma bilirsiniz, rəislə işçinin münasibətində mən çox dərinə gedə bilmərəm. Sonra siz, dayı nazirin qəbulunda olandan sonra gəldi məni danladı açığı. Mən də dedim ki, siz mənə necə dediniz mən də elə elədim. Dediz maraqlan. Maraqlandım. Məndən soruşdular, hardan bilirsən bunları dedim ki, siz demisiz. Sonra Vaqif müəllim çağırdı məni.

E.A:
– Vaqif çağırdı səni?

R.A:
– Bəli çağırdı. Bir ay yığdılar məni boğaza.

E.A:
– Deyəydin mənim qohumumdu.

R.A:
– Yox e bilirsiz…

E.A:
– Yox deyirsən məni soruşdu. Bəs deyəydin…də

R.A:
– Mən də onu dedim. Dedim ki, mənə nə demisən. Gedib onu demişəm. Demişdin ki, adam gətirmisən indi get öyrən. Mən də gedib öyrənmişəm…

 

Hquq professoru Elşad Abdullayev,

Fransa, Paris, 22 avqust 2017

%d bloggers like this: