Eks Spiker Rəsul Quliyev:Mehman Əliyevin  həbs edilməsi mənəviyyatsızlığın zirvəsidir


Azərbaycan höküməti beynəlxalq aləmin tanıdığı, qəbul etdiyi jurnalistləri ,insan haqları müdafiəçilərini məqsədyönlü məhv edir.

Son bir neçə ildə Azərbaycan höküməti intellektin elitası sayılan Leyla Yunus,Xədicə İsmayıl, Rauf Mirqədirov,Rəsul Cəfərov və başqalarını həbs edib qismən və ya bütövlüklə sıradan çıxarmağa nail olubdur.

 Bu gün isə Sovet dövründə müstəqil agentlik yaratmağa nail olmuş talantlı jurnalist Mehman Əliyevi həbs etmişdir. 

Mehman Əliyevin təsis etdiyi Turan Agentliyi 27 ildir fəaliyyət göstərir və Azərbaycanın bütün dünyada tanınmış yeganə obyektiv informasiya obyektidir. 

Mehman Əliyev Azərbaycanda həmişə obyektiv jurnalistikanın simvolu hesab edilib.

 Təmiz, düzgün, vicdanlı, əlahiddə bir talanta sahib olan belə bir şəxsin həbs edilməsi mənəviyyatsızlığın zirvəsidir.

25 il ərzində bu hakimiyyət ölkənin ən talantlı insanlarının aradan götürülməsinə nail olub və milləti manqurtlaşdırma siyasətindən əl çəkənə oxşamır.