Siyəzəndə silah anbarında güclü partlayış: FOTOLAR


Siyəzən rayonu yaxınlığında silah anbarında baş verən yanğın güclü partlayışlara səbəb olub.

Bu barədə  redaksiyamıza hadisə şahidləri məlumat veriblər.

Ərazidən insanlar təxliyyə edilir. Bakı-Quba yolu tamamilə bağlanıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur