İlqar Məmmədov həbsdə qaldı, Natiq Cəfərli isə bəraət aldı.Maraqlıdır!!!


Respublikaçı alternativ” (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başlanmış cinayət işinə xitam verilib. 


Vəkil qeyd edib ki, bu gün Natiq Cəfərli ilə birlikdə Baş Prokurorluğun Ağır cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.

“Hərəkətlərində cinayət tərkibi olmadığına görə barəsində Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddələri üzrə cinayət işi başlanmış Natiq Cəfərli barəsində işə xitam verildiyini bildirdilər. 

Axtarış vaxtı ondan götürülmüş bütün sənədlər, şəxsiyyət vəsiqəsi, əmlak sənədləri və s. qaytarılıb. Eyni zamanda qeyd olunur ki, onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət də aradan qaldırılacaq”, – vəkil yazıb.

Xatırladaq ki, Natiq Cəfərli qeyri-qanuni sahibkarlıq fəaliyyətində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilirdi.

Eyni zamanda, REAL-ın lideri İlqar Məmmədov məhkum edildiyi cəzanı çəkməkdə davam edir. 2013-cü ildə o, İsmayıllıda baş vermiş kütləvi iğtişaşlarda iştirak etdiyi üçün 7 il müddətinə həbs edilmişdi

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s