Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun TOPDAĞITMAZ SƏRVƏTİ


Bu günlərdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayıldı. Bu məlumatı icra başçısının müavini özü də təsdiqlədi. 

sa

O bildirmişdir ki,  yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil.

“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq”, – Şahmar İbadov bildirib.

Bu məlumatda sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı “Range Rover” markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.

Məmur  oğlunun bu kolleksiyasında bahalı “Galandwagen” markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı “Galandwagen”in şəhərdə tez-tez göründüyü bildirilir.

 

Məlumata görə, Elmar İbadovun Bakı Dövlət Univerisitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyub. Bu il BDU-nu bitirsə də, hərbi xidmətə getməyib.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova məxsus olan Bakı şəhərindəki bahalı və möhtəşəm imarətlərin kicik bir hissəsi  ilə bağlı redaksiyamıza faktlar daxil olub.

Faktları təqdim edən mənbə imarətlərə xərclənən pulları da açıqlayıb. Məlumata görə, Bakının mərkəzində ucaldılan Altun   saraya Prezident Ilham Aliyevin Nərimanov rayonundaki səlahiyyətli numayəndesi  Şahmar İbadov 11  milyon manat xərcləyib

Faktları təqdim edən mənbə  digər imarətlərə xərclənən pulların 50 miliyon AZN dən artıq oldugunu bildirir

Göründuyü kimi aylıq 850 azn məvacib alan İcra Başçısı müavini hakda korruspiya  faktları Baş Prokurorluq yanında korrupsiya idarəsinin rəhbərlərini düşündürməlidir, əgər Kamran və Əli Nagıyevın Nərimanov rayon ərazısində binaları ,firma və holdingləri yoxdursa.

Əldə etdiyimiz məlumata əsasən Baş Prokurorluq yanında Korrupsiya idarəsinin rəis müavini Əli Nagıyevin və onun qardaşı Vəli Nagıyevin əksər villa,offis,şirkət ,holding və Bina tikilişi ilə məşgul olan MTK -ları Nərimanov rayonu ərazisində yerləşir və adı korrupsiyada hallanan Şahmar İbadovlada cox yaxın əlaqələrinin oldugu söylənilir.

This slideshow requires JavaScript.

Mənbə bu günlərdə Azərbaycanda  Şahmar İbadova məxsus villaların obyekt ve restoranlarişın tam siyahısınl eyni zamanda məmurun Avropa ölkələrindəki Bank hesablarini bizə yollamaga soz verib

Euro Asia News