Azərbaycan Respublikasi Baş Dövlət Yol Polis İdarəsində Korrupsiya faktları-FOTO VİDEO


Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində qanunsuz olaraq yeyinti halları aşkarlanıb.

1487093723_1487086571_1453723319_qai

Korrupsiyanı Azərbaycanın “bəlası” adlandıran  Prezident İlham Əliyev  bu problem Azərbaycandan “tamamilə silinməlidir”deməsinin ardınca onun söylədiyi sözü dövlət rəhbərlərinin ciddiyə almaması  onu göstərir ki,ölkədə bütün hallarda korruspiyanın başında duran şəxslərindən biri elə onun özüdür. 

Azərbaycanda ən cox rüşvət,özbaşınalıq və korrupsiyanın bulaşdıgı rəsmi dövlət nazirliklərindən biridə Daxili İşlər Nazirliyidir.Bu Nazirlikdə baş verən korrupsiya hallarının başında duran şəxs isə Daxili İşlər Naziri Ramil Usubovdur

24 illik Daxili İşlər Naziri postunu tutan Ramil Usubov öz təşkilatında baş verən bütün qanunsuzluqlardan xəbəri var,kimin kimdən nə qədər rüşvət aldıgı haqda hər gün mə’lumat alır.
Daxili işlər naziri Ramil Usubov və Respublika BDYP İdarəsinin rüşvətxor rəhbəri Ramiz Zeynalov bilmir ki,onların  əməkdaşları nə ilə məşguldurlar?

Respublika BDYP idarələrində pul yıgılan otaqların hər birinin girişində və otaqların icərisində gizli video kameralar quraşdırılıb.Bunu Respublika BDYP idarəsinin imtahan və qeydiyyat şöbəsinə olan  istəlinən adam müşahidə edə bilər

Hər həvtə sonun Ramiz Zeynalovun yaxın adamının iştiraki ilə video yazılara baxış keşirilir və hansı otagın nə qədər rüşvət aldıgı hesablanır.Bundan sonra yıgılan rüşvət Ramiz Zeynalova ötürülür.

Əgər Ramiz Zeynalov bu yazıya etiraz edirsə biz ona bu haqda gizli video yayınlaya bilərik..

Azərbaycan Respublikası Baş DYPİ -si ölkədə rüşvət ,korruspiyanın  açıq aşkar tügyan etdiyi bir dövlət idarəsidir.

Beləki Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.

Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar.

 

Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir.Lakin faktiki olaraq vətəndaş alqı-satqı müqaviləsi üçün Kapital banka odəniş etmişdir.

Hələ iş bununlada bitmir.Bir neçə prossedurları keçdikdən sonra bütün dovlət rüsumları banka odənildikdən, sənədləri təhvil verdikdən  sonra texniki pasport hazir olduqda, texpasportu verən polis serjantı  qanunsuz olaraq hər vətəndaşdan 4 azn pul tələb edir. Daha sonra texpasportu təqdim edir..

Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.

Ora daxil olmuş hər bir vətəndaş burada, adamı “soymaqlarından” narazıçılıqlarını bildirirlər.Hələ 5 ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1 ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur.

Prezident İlham Əliyev Korrupsiyaya qarşı çıxışında belə soyləmişdi:”İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır” .

Bizdə arzulayardıq ki Olkəmizdə gedən Korrupsiya, ozbaşınalıq aradan qalxsın, vətəndaşlarımız əziyyət çəkməsinlər.