Avropa Parlamenti Әliyevlәrin 3 milyardlıq korrupsiyasını araşdıracaq


Bu yaxınlarda Avropa Parlamenti “Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları” adlı sənəd hazırlayıb.

Bu sənəd Avropa Birliyinin korrupsiya ilə mübarizə və insan hüquqlarının qorunması sahəsində vəzifələrini müəyyənləşdirir. Sənəddə korrupsiyanın insan hüquqlarına çox böyük təhlükə olduğu, onunla mübarizənin bu baxımdan böyük əhəmiyyət kəsb etməsi bəyan edilir. Eyni zamanda, korrupsiya ilə mübarizə üsulları müəyyənləşdirilir.

Avropa Parlamentininn 96 deputatı Azərbaycanla bağlı 3 milyardlıq korrupsiya faktları aşkar ediləndən sonra bu sənədə düzəliş təklif ediblər. Düzәlişdә deyilir:

Avropa Parlamenti “Azərbaycan Pulyuması” araşdırmasından bəlli olduğu kimi, Azərbaycan və digər üçüncü ölkələrin avtokratik rejimləri tərəfindən Avropa qərar qəbuledicilərinə qanunazidd yollarla təsir etmək cəhdlərini qətiyyətlə pisləyir;
Yuxarıda göstərilən iddialarla və daha geniş bir şəkildə, bu rejimlərin etdiyi təsirlərlə bağlı dərin və hərtərəfli parlament araşdırması həyata keçirməyə çağırır;
İnsan hüquqları sahəsi də daxil olmaqla Parlamentin fəaliyyətinin etibarlılığını və legitimliyini sarsıdan belə korrupsiya hallarının baş verməsinin qarşısını almaq üçün Parlamenti sərt addımlar atmağa çağırır.