“Yeni Bakı”nın sakinləri Arif Paşayevin MTK-dan şikayətçidirlər


“Yeni Bakı” yaşayış məskənində məskunlaşan sakinlərin problemi bitmək bilmir. Problem işıqpulu yığılmasında edilən qanunsuzluqlardır. Şikayət edənlərin sözlərindən belə başa düşmək olur ki, yaşayış məskənində sanki “elektrik alveri” gedir.
Sakinlərdən bir neçəsi yaranmış problemlə bağlı  hər yerə müraciət ediblər. Dəfələrlə aidiyyatı qurumlara şikayətlərini bildirsələr də məsələyə baxan olmayıb. Bizə göndərilən şikayəti oxucuları olduğu kimi təqdim edirik:

Biz sizə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən,Yeni Baki yaşayış kompleksindən yazırıq. Bu kompleksi “İlin Dörd Fesli” MMC inşaa edibdir. Sakinleri aldadıb mənzil satıblar.Nə işıqı,nə qazı nədəki suyu dövlətə təhvil vermirlər,şirkət  qazı,suyu,işıgı özü bizə satır

IMG_0272

Mənzillərimizə çıxarış (kupça) verilmir. Qanunsuz bizə xidmət (komendantlıq) göstərirlər.Qoçu,idmançı dəstə saxlayıb sakinlərdən hədə-qorxu ilə qanunsuz pullar yıgırlar. Deyirler ki,kimə  istəyirsiz gedin şikayet edin,bura Arif Paşayevin şirkətidir. Hörmətli Euro Asia New’s-EAN,sizden xahiş edirik bizim bu problemimizi ictimailəşdirəsiniz. Öncədən təşəkkürlər.

1490596798_1490595489_01

“Görəsən, dövlət büdcəsindən 100 minlərlə vəsaiti mənimsəyən bu dələduzlar bu pulları kimlərlə bölüşür ki, əl-qollarını sallayaraq rahat gəzirlər?!
Söhbət “Yeni Bakı” yaşayış kompleksini inşa edən “İlin Dörd Fəsli” MMC-nin şəhərcikdə sakinlərdən yığdığı işıq pullarından gedir. Sakinlərdən yığılan bu pullar Azərişıq ASC-yə ödənmədiyindən hazırda 202 min manat məbləğində borc yaranıb və biz sakinlərin böyük narahatlığı yaranıb. Çünki bu tipli hadisələr digər MTK-lar tərəfindən də müxtəlif vaxtlarda sakinləri dövlət qurumları qarşısında borclu vəziyyətdə qoyaraq aradan çıxıb və nəticədə yaranmış borcu sakinlər ödəmək məcburiyyətində qalıb. Burada başqa bir sual da ortaya çıxır.

Sakinlərin 2 manat borcu yaranan kimi şəhərcikdə qanunsuz idarəetmə həyata keçirən komendantlıq adlanan saxta qurum və onun işçiləri heç kimə aman vermədən işıqları söndürür və hətta kabelləri şaxtadan doğrayırlar. Belə olan halda niyə bəs Azərişıq baş verənlərə hələ də göz yumur və Şəhərcikdə mənzil sahiblərini fərdi abonent kimi tanımır və sakinləri qeyri-əhali kimi nəzərdə tutur??”

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s