İlham Əliyev qorxdu Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi dərhal azad etdi


YAP despotik  rejimi  ABŞ Kongresinin Azərbaycan hakimiyyətinin rəhbərləri ilə baglı sanksyalar mövzusunu gündəmə gətirməsindən təşvişə düşərək qanunsuz həbs olunan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi dərhal azad etdi

Mehman-Aliyev-600x241

Bəs digər siyasi sifarişlə həbs olunan Əli İnsanovun , İlqar Məmmədovun, Əfgan Muxtarlınin,Gözəl Bayramlının , Həzi bəyin və 180 nəfərdən cox siyasi baxışlarına görə İlham Əliyev rejiminin həbsxanalarında illərdir qanunsuz cəza çəkən insanların taleyi necə olacaq.

ilham

KİV və QHT lər eyni zamanda özünü müxalifət hesab edən siyasi partiyalar bu işi gündəmdən düşməyə qoymamalıdırlar

Azərbaycan hakimiyyətinin qanunsuz əməlləri ifşa olunmalıdır.Əliyev rejiminə qarşı birmənalə surətda sanksyalar tətbiq olunmalıdır

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vəsatətinə baxaraq “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev haqqında qətimkan tədbirini dəyişib.

Avqustun 25-də 3 aylıq müddətə həbs edilmiş Mehman Əliyev yeni qərarla ev dustaqlığına buraxılıb. Qərar dərhal icra olunub və Mehman Əliyev məhkəmə zalından azad edilib.

Mehman Əliyev azadlığa çıxandan sonra jurnalistlərə açıqlamasında prezident İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

Qeyd edək ki, məhkəmənin bu qərarından bir neçə saat qabaq prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mehman Əliyevlə bağlı açıqlama vermişdi.

Əli Həsənov bildirmişdi ki, Mehman Əliyev prezidentə müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib və dövlət başçısı “Turan” informasiya agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulmuşdu. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq iddia edir ki, Mehman Əliyev dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148 min manatdan çox qanunsuz gəlir əldə edib, 60 min manatdan çox mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.