Merkel: Ərdogan höküməti yalan danışır Türklər təhlükəsiz şəkildə Almaniyaya gələ bilər


Almaniya kansleri Angela Merkel bazar günü Ankaranın vətəndaşlara bildirdiyi kimi anti-Türkiyə əhval-ruhiyyəsinin artdığına görə səfərlərlə bağlı xəbərdarlığına əhəmiyyət verməyərək deyib ki, türklər təhlükəsiz olaraq Almaniyaya gələ bilər.

almanyadaki-turklere-iliskin-resmi-istatistikler_1

Berlin və Ankara arasında münasibətlərdə aylardır gərginlik mövcuddur. Türkiyə şənbə günü səfərlər haqda xəbərdarlığı Almaniyanın Xarici İşlər nazirliyinin Türkiyəyə səfər edən almanların hətta turist güşələrində belə özbaşına həbslərə məruz qalmaq riski ilə qarşılaşa bildiyini bildirməsindən sonra verib.

“Mən tam açıq demək istəyirəm ki, Türkiyə vətəndaşları bura səfər edə bilər”, Merkel sentyabrın 24-ü seçkilərdən öncə Delbruek şəhərində kampaniya tədbiri zamanı bildirib.

“Burada heç bir jurnalist həbs edilmir və heç bir jurnalist nəzarət altına alınmır. Fikir azadlığı və qanunun aliliyi burada üstündür və biz bununla fəxr edirik”, Merkel deyib.

Merkel Türkiyədə 200 gündən çoxdur saxlanılan türk əsilli alman jurnalist Deniz Yüceli qeyd edib. O, Türkiyədə siyasi ittihamlarla saxlanılan 12 Almaniya vətəndaşı arasındadır. Həmin şəxslərdən dördü ikili vətəndaşlığa malikdir.

“Bizim fikrimizcə, onun həbsdə saxlanılmasına heç cür bəraət qazandırmaq olmaz və bu, eynilə 11 digər almana da aiddir”, Merkel bildirib.