YAP rejiminin manqurtlaşdırdıgı Azərbaycan gəncliyi


Avtor:Khalid Vahidoglu

Təhsilin məhv edildiyi, vətəndaş cəmiyyəti institutlarının çərçivəyə salındığı, medianın susdurulduğu, hüquq müdafiə institutlarının işləmədiyi, televiziyaların ziyalılara qapılarını bağladığı, üzdə olan “ziyalı” ların ancaq tərif yağdırdığı, normal dialoqun, müzakirələrin olmadığı ölkənin gələcəyinin qara çadraya bükülməsi, əlində kitab əvəzinə zəncir olması gözlənilən idi. 

Sadəcə bunun məsuliyyətini üstünə alanlar yoxdur. 

Mən də uşaq olanda kəndimizdəki məscidin yaxınlığına gedər, “Şaxsey-vaxsey” deyənləri izləyərdim. 

Amma kimsə əlimizdən kitabı alıb zəncir verməz, kimsə öz qızının əlindən kuklasını alıb onu qara çadraya bükməzdi. 

Seçilməyən valideynlərimiz, doğulduğumuz Vətən və millətimizdir. Qalanları imkan verək övladlarımız özləri müstəqil qərar verib seçsin. 

Bu gün valideynlərinin seçim imkanlarını əllərindən aldığı uşaqların hüquqlarını sabah cəmiyyətdə başqaları lap rahat pozub, onları istədikləri səmtə yönəldəcək