“AZƏRBAYCAN 24 İLDİR DAVAM EDƏN SİYASİ BÖHRANIN İÇİNDƏDİR”


Müəllif:Ramiz Yunus

22089527_1879696048738059_1465057291824446598_n.jpg

“Baxmayarağ ki , artiq 25 ildir SSSRi kimi murdar bir imperiya dağılıb, təəssüf  hissi ilə qeyd etməliyəm ki , Azərbaycanda keçmiş kommunizmin  qanun-qaydaları  indiyə kimi hökm sürür və ilk növbədə bunu YAP despotik rejiminin ölkədə yürütdüyu propaganda sayəsində açıq aydın görmək olur.

Vaxtı ilə keçmiş Sovetlər İttifaqında   Anjela Devis və Luis Korvalana azadliq tələb edən məhşur şuarlar var idi,yaxud bir vaxtlar “Vyetnamdam əllərinizi cəkin” şuarları bütün Sovetlər İttifaqının  slogani idi.

This slideshow requires JavaScript.

Bu gün isə Azərbaycanda bizim vətənşüvənlərimiz həmən metodla Myanmarda yaşayan müsəlmanların problemlərindən,Fələstində  ərəblərə qarşi olan haqqsizliğlardan indi isə Kürdistanda kecirilən referendumdan social mediyada yekə-yekə statuslar paylaşırlar və bu azmış kimi arada özlərinin  “timsah göz yaşlarinı” tökürlər.

Əfsuslar olsun ki bunlarin arasinda hökümətyönlü insanlarla yanaşi,özünü “müxalifət” adlandıran xeyli insanları görmək olur və mənim sualim ilk növbədə bu tipli vətandaşlarimizadir: Azərbaycanda haqqsizlig baş alib gedir,yüzdən cox siyasi məhbuslarimiz var,ölkədə nə azad söz nə azad seckilər var,insanlar öldürülür,zindana salınır,ölkədən zorla çıxarılır,rüşvətxorluq bütün ölkəni zəbt edib və bütün dünya mediyasi bunun haqqında danışır,sizin isə səsiniz cixmır.

Mənim ücün cox maraqlıdır Myanmarda və yaxud da Kürdistanda  Azərbaycanda olan biyabircilig özbaşınalıq törədilən qanunsuz qətllər haqqinda danişan varmı?

Əlbətdə yox!Onda siz niyə Azərbaycanı buraxib Myanmardan və yaxud da  Kürdistan haqqinda bizlərə aid olmayan yazılar tirajlayırsız?Ayib deyilmi?

Müxalifət ön cəbhədə olmalidir və bu yol hamiya bəllidir:etiraz etmək rejim üzərində qələbə çalmaq

Məhz ona görə, mən Ramiz Yunus oktyabr ayının  7-də Milli Şura tərəfindın keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.

O ki galdi vətənşüvənlərə, bunlar haqqinda vaxti ilə Samuel Jonson demişdir:”Vətənpərvərlik yaramaz insanlarin son çarəsidir”