Nəvahi DYPSP -də baş verən korruspiya faktları.Post komandiri Vuqar, Ramil Usubova arxalanır/Video fakt


Son zamanlar mətbuatda korrupsiya və rüşvətxorluğun geniş yayıldığı qurum kimi tanınan Dövlət Yol Polis İdarəsi və yol-patrul xidməti əməkdaşları ilə bağlı geniş müzakirələr aparılmaqdadır.

Nəvahidə yerləşən respublika yol polis idarəsinin stasionar postunun taqım komandiri Nazir Ramil Usubovun əsgərlik dostunun oglu Vuqar adlı rüşvətxor korrupsuonerdi.

Vuqarın atası  Navahi kəndinədən 13km Ələt istuqamətində  Atbulaq kəndində yerləşən  Ramil Usubova məxsus olan ,kərpic zavodun direktorudur.

Vəzifə səlahiyyətlərini aşaraq sürücüləri incidən, qanunsuz olaraq onlara cərimə protokolları yazan, bunun müqabilində onlardan pul tələb edərək bu yolla özlərinə maddi sərvət toplayan və hətta müxtəlif biznes sahələri yaradan yol polisləri, günümüzün “qəhrəman” obrazına çevriliblər.

2 qrup Qarabağ əlili, Şirvan sakini Quliyev Bayram Vaqif oğlu Nəvahi postunun əməkdaşı Elsevər Şirəliyevin yol verdiyi qanunsuzluqla bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Bu barədə şikayətçi OperativXeber.az-a məlumat verib.

Şikayətçi israr edir ki, adıçəkilən yol polis əməkdaşı səlahiyyət həddini aşaraq dəfələrlə sürücülərə qarşı zorakılıq halları törədərək onların hüquqlarını pozur, səbəb olmadan onlara cərimə protokolu yazacağı ilə hədələyərək bu yolla istəyinə nail olur.

Şikayətçi onu da bildirir ki, Elsevər Şirəliyev topladığı maddi sərvət hesabına Şirvan şəhərində VİP gözəllik salonu, cayxana, mənzi və digər biznes subyektləri əldə edib:

“Nazir Ramil Usubov!

DYP-nin Nəvahi postuunun əməkdaşı Elsevər Şirəliyev Yol-Patrul Xidməti haqqında Təlimatı kobud şəkildə pozaraq sürücülərə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirir.

Belə ki, ərazidən keçən sürücülər heç bir əsası olmadan Elsevər tərəfindən saxlanılır və onlara müxtəlif təyinatlı cərimələr tətbiq olunur.

Elsevər Şirəliyevin qəzəbinə tuş gəlmiş sürücülər hər hansı qayda pozuntusuna yol vermədiklərini bəyan etsələr də, nəticəsi olmur.

Heç kimdən qorxmadığını və hətta DİN-də yüksək rütbəli adamının olduğunu bəyan edən yol polis əməkdaşı, müvafiq qanunvericilik tələblərinə əməl etmədən köhnə və nasaz nəqliyyat vasitəsinin texniki vəziyyətinin uyğunsuzluğuna, hətta spirtli içki qəbul edərək sükan arxasına oturmuş sürücülərə belə “güzəştə” gedir.
Çünki bu şəxsin peşə amalı yoxdur, maddi mənfəət onun üçün hər şeydən önəmlidir.

Bunun nəticəsidir ki, Elsevər Şirəliyev Şirvan və yaxın ərazilərdə maddi durumu yüksək olan yeganə yol polisidir.

Baxmayaraq ki, Yol-patrul xidmətinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən yüksək mə’nəvi keyfiyyətlərə malik olmalı, sürücülərə qarşı ədəb və nəzakətlə rəftar etməli və ünsiyyət zamanı vətəndaşın şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.

Ölkə konstitusyasına görə  məmurun  biznesinlə  vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin yol verilməz olsa da, Elsevər Şirəliyev qanuna zidd olaraq açıq şəkildə bizneslə məşğul olur.

Qanunsuz yolla yığdığı pullar hesabına Şirvan şəhərində gözəllik salonu, çayxana və digər biznes subyektləri, bahalı mənzillər alıb.

Maraqlıdır ki, çoxlu sayda qanun pozuntularına yol verən yol polisi bu günədək vəzifəsində saxlanılır və sürücülərin çoxsaylı şikayətlərindən bir nəticə çıxarılmır.
Sürücülər arasında belə bir söhbət gəzir ki, Elsevər Şirəliyevin vəzifədə qalması, DYP İdarəsinin rəis müavini Balakişi Əhmədovla yaxın əlaqələrindən qaynaqlanır eyni zamanda Nəvahi postunun komandiri Şəkili Vuqarın atasının Ramil Usubobla əsgərlik yoldaşının olması göstərilir

Məlumatda bildirlir ki,Nəvahi postuna necə illərdir taqım komandiri təyin olunan Vuqarın başlıca vəzifəsi , Atbulaq kəndində Ramil Usubova məxsus kərpiczavoda direktor təyin olunan Atasının biznes işinə kömək etməkdir.

Şikayətçi vətəndaş eləcə də bildirir ki, Elsevər Şirəliyevin DİN-də xidməti yolverilməzdir, belələri daxili işlər orqanlarına bir ləkədir.
Qarabağ veteranı kimi sizdən xahiş edirəm, məsələ ilə bağlı bir tədbir görülsün.”- Sitatın sonu

Güman etmirik ki, Daxili İşlər Nazirliyi tərəfindən məsələyə obyektiv yanaşılacaq və Nəvahi postunun əməkdaşı Elsevər Şirəliyev barədə lazımi tədbir görüləcəkdir.Çünki adı gedən postda yıgılan həraclar baş verən özbaşınalıqlar nazir Ramil Usubovun əsgərlik yoldaşının oglu Vuqar və çevrəsi tərəfindən həyata keçiriıir

Xatırladaq ki, barəsində söhbət açdığımız DYP-nin stasionar postu sayılan Nəvahi postu, rüşvət korrupsiya və s .halların ən çox qeydə alındığı post kimi tanınır.

Aşağıdakı videogörüntü isə deyilənlərin əyani sübutudur:

P.S. Gələn sayımızda Elsevər Şirəliyevin Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədovla əlaqələrindən və Şirvanda sahib olduğu “Leyla” VİP gözəllik salonunda işləyən xanımla gizli münasibətlərindən söhbət açacağıq.