Əli İnsanov həbsxanadan məktub göndərdi: “Süründürməçiliyə yol verilməsin”


Sabiq səhiyyə naziri Əli İnsanovun narazıdır.

Sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi.

maxresdefault

Bundan sonra Əli İnsanov Ali Məhkəməyə müraciət edib. Amma onun şikayətinə hələki baxılmır.

Əli İnsanov haqqındakı hökmdən Ali Məhkəməyə verdiyi şikayətə baxılmamasından narazıdır. Ona görə də Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edib.

Bu barədə məlumatı Ə.İnsanovun vəkili Toğrul Babayev verib.

“Əli İnsanov kassasiya şikayəti üzrə məhkəmə baxışının təyin olunmamasından narazıdır. Bu səbəbdən oktyabrın 2-də saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən Ali Məhkəmənin sədrinə müraciət edib. Məktubda yazıb ki, süründürməçiliyə yol verilməsin, onun kassasiya şikayəti üzrə məhkəmə baxışı təyin olunsun” – deyə vəkili bildirib.

Vəkil qeyd edib ki, Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsi haqda Qaradağ Rayon Məhkəməsində çıxarılmış hökm iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb. Həmin qərardan az sonra Ali Məhkəməyə şikayət verilsə də, hələ heç iş üzrə məhkəmə baxışı təyin olunmayıb.

 

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında Ilham Əliyev və Ramiz Mehdiyevin  məkirli planı əsasında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s