Prezident ​İlham Əliyevi söyənlər niyə çoxalır?


Müəllif:Elbəyi Həsənli
 Azərbaycan prezidenti haqqında kəskin, təhqiramiz, hətta söyüşlə zəngin statuslar getdikcə çoxalır. Mən belə şeylərin əleyhinəyəm. Düzdür, özüm də bəzən çox kəskin şeylər  yazıram. Nİyə belədir? Bu meyl haradan qaynaqlanır? İlham Əliyev Azərbaycanı rəsmən bankrot (müflis) edib. Xalq yaman gündədir. Ona görə də insanların içində bu yırtıcı rejimə nifrət hissi artır. Müfaviq olaraq statuslar sərtləşir. İlham Əliyev hədəfə çevrilir. Hamı başa düşür ki, mövcud talana şərait yaradan, rüşvətxorluğa və korrupsiyaya rəvac verən İlham Əliyevdir. Adam açıq şəkildə xalqla düşmənçilik edir…

 Bəxtiyar Tuncayın statusunu ürəkağrısı ilə oxudum. Siz də oxuyun. Dəhşətli mənzərədir. Elmlər namizədi tullantı çörəklər toplanan yerdən  “görən olmasın” amacı ilə oğrun şəkildə yemək üçün çörək götürür. Və Bəxtiyar bəy alimi pərt görməmək üçün yolunu dəyişməli olur…
Daha sonra Bəxtiyar Tuncay alim kimi aldığı maaşdan söhbət açır. Bəlli olur ki, onun durumu da ac qalmamaq üçün tullantı çörəyi götürən aliminkindən heç də yaxşı deyil. Bəxtiyar Tuncay statusunun sonunda yazır: “Bilmirəm, onun halına yanım, yoxsa öz halıma. Bu gün maaş aldım. Kreditə çıxılan çıxıldı. Birinə 10 manat borcum vardı, verdim. Birinə də 100 manat borcluyam, sabah, ya biri gün verəcəyəm. İki-üç günlük yemək aldım və cəmi 35 manat qaldı. Baxın, alimlərin taleyi Azərbaycanda budur.

İndi deyin, axı, necə hayqırmayım və “İlham, tfu sənin sifətinə!” deməyim. Deməyə bilmirəm və deyirəm: “İlham, tfu sənin sifətinə!!!””..
Xalqı, xüsusən ziyalıları ac-yalavac qoyan İlham Əliyev bundan sonra belə şeylərlə tez-tez qarşılaşacaq. Vəziyyətdən çıxmaq üçün dərhal və radikal islahatlara başlamaq lazımdır. 

Gün kimi aydırndır ki, İlham Əliyev heç 15 illik prezidentlikdən sonra da islahatlara getməyəcək. Prezident Azərbaycanı “harada qırıldı, qırıldı” prinsipi ilə idarə etməkdə israrlıdır…