SOCAR-ın ortağı “RussNeft”in Direktorlar Şurasının yeni üzvü: Avet Mirakyan


Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini Rusiyanın nəhəng neft şirkətlərindən biri olan “RussNeft” şirkəti ilə birgə istismar edir.

 

This slideshow requires JavaScript.

SOCARla hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri “RussNeft”ə bağlı olan şirkətlərlə – “UQE Lanser PTİ. LTD”, AZEN, “Qlobal Energy Azərbaycan”, “Neftçala İnvestments LTD” ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın quruda yerləşən ən böyük neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında “Balaxanı-Sabunçu-Ramana”, “Kürdəxanı”, “Binəqədi”, “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ”, “Sianşor”, “Kürovdağ”, “Mişovdaq”, “Kəlaməddin”, “Neftçala”, “Xıllı”, “Dürovdağ-Babazanan” kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır.

Bunada bax Azərbaycanın quru neft yataqarından 1 milyard dollar pul ogurlanıb.SOKAR susur

Azərbaycanda böyük layihələrə imza atan “RussNeft” şirkəti bu yaxınlarda erməni əsilli maliyyə mütəxəssisi, “Safmar” şirkətinin baş direktoru Avet Mirakyanı Direktorlar Şurasına daxil edib. Bu isə o deməkdir ki, Azərbaycanını quru neft yataqlarının böyük əksəriyyətini istismar edən Rusiyanın nəhəng neft-qaz şirkəti “RussNeft”i idarə edəcək 13 nəfərdən biri erməni millətindən olan şəxsdir. Məlumat üçün qeyd edək ki, Avet Mirakyan 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzun olub və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlf banklarda, eyni zamanda “Artur Anderson” və “Ernst and Young” kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus “Binbank”a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin “Safmar” şirkətinin baş direktoru olub. Hazırda Mirakyan erməni millətindən olan şəxslərlə olduqca sıx münasibətlərə malikdir. Bunu “RussNeft”in Direktorlar Şurasının yeni üzvünün “Facebook” sosial şəbəkə hesabından da açıq şəkildə görmək mümkündür. , SOCAR rəhbərliyi Avet Mirakyanın gələcəkdə Azərbaycan üçün hansısa problemlər törədə biləcəyi bilsələrdə SOCAR in korrupsioner rəhbərliyini yalnız bir şey düşündürür.Korrupsiya.

SOCARın vitse prezidenti Süleyman   Qasimov(Rövnəqlə bu şəxs həmdə kirvədirlər) və SOCAR xarici investisyalar idarəsinin rəisi Fəttulah Gülənci Vaqif Əliyev illərdir bu cinayətkar şəbəkə ilə birlikdə hərəkət edirlər.Hər iki şəxsin Global Energy şirkətinə lazımı qədər öz qohum əgrabalarını və özlərinə yaxın olan şəxsləri yerləşdirmişlər

Bunlardan bəzilərinin adlarını təkrar yayınlayırıq

Global Energy şirkətinin təminat departamentinin meneceri İntiqam Sadiqov həmin şirkətin finans meneceri Hikmət Alişov şirkətin securiti meneceri Vuqar Rəsulov Şirvan oil şirkətinin vitse prezidenti İslam Ovcuyev Karasu Əməliyyat şirkətinin təminat meneceri Arif Alişov və Nəqliyyat departamentinin rəisi Adil Bəylərov

Adları yuxarıda qeyd oluna  bu korrupsioner qrup haqqında artıq uzun müddətdir  internet portallarında qəzetlərdə hətta xarici medyada faktlara dayalı miliyon dollarlar mənimsəmə dövlət əmlakını ogurlama  faktları yayınlanmışdır.Amma buna baxmayaraq bu şəxlər barədə heç bir ölçü götürülmür.Cünki həmin şəxslərin Baş Prokurorluqda (Ali Nagiyevin adi çəkilən şirkətdə CESİKO adli security şirkəti fəalliyyəq göstərir) Dövlət Təhlükəsizliq Xidmətində( General Cehun Şadlinski Adil Bəylərovun qohumudur) SOCARda hətta Prezident aparatında cox böyük korrupsiya əməllərərinə ortaq olan dayaqları mövcuddur

 

 

 

Bunada bax Karasu Əməliyyat Şirkəti və Şirvan oil şirkətlərindəki miliyonlarla dollar korrupsiya qalmaqalında Prezident qizları 

İnquş əsilli milyarder Mixail Qutseriyevin sahib olduğu “RussNeft” şirkətinin rəsmi saytında qeyd olunur ki, şirkət ilk dəfə 2006-cı ildə SOCAR-la birgə “Zığ” və “Hövsan” yataqlarında neft hasilatına başlayıb. Qeyd edək ki, Qutseriyevin Azərbaycanla olduqca sıx münasibətləri var. Mətbuatda yer alan məlumatlara görə, 1958-ci ildə Qazaxıstanda anadan olan Mixail Qutseriyev 1995-ci ildə Jirinovskinin Rusiya Liberal Demokrat Partiyasından (LDP) Dövlət Dumasına deputat seçilib. 1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib. 2000-ci ildə “Slavneft”in prezidenti seçilib və mandatından imtina edib. 2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib.

Bunada bax SOCAR – Gulen örgütünün finansal kaynagıdır

2007-ci ilin Kremlin qəzəbinə gələn Qutseriyev barəsində həbs qərarı çıxarılır. Həbsə düşməmək üçün Londona qaçan iş adamının 21 yaşlı oğlu Çingizxan Moskvada keçirdiyi avtomobil qəzasından sonra müəmmalı şəkldə ölür.

Deyilənə görə həmin vaxt Moskvaya gedə bilməyən Qutseriyev gizli şəkildə Bakıya gələrək oğlu ilə vida mərasimini burada təşkil edir. Londonda qaçaq olaraq yaşadığı illərdə belə Azərbaycanla işgüzar əlaqələrini davam etdirib.

2010-cu ildə Kreml tərəfindən “əfv” olunan Qutseriyev yenidən Moskvaya qayıdaraq biznesinə davam edib. Ötən il Mixail Qutseriyev Moskvada digər oğluna dəbdəbəli toy etməsi ilə mətbuatın gündəmində olub. “Safisa” şadlıq sarayında keçirilən toyda Elton Con, Beyonse, Cenifer Lopes, Stinq, Enrike İqlesias kimi ulduzlar iştirak edib. Qutseriyevin Stinqə 1,5 milyon, Cenifer Lopesə 1 milyon, İqlesiasə isə 500 min dollar verdiyi bildirilirdi.