Fikrət Hüseynli Kiyevdə saxlanıldı(Yenilənir)


Jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparıldı.

21231676_1780048642286769_6584230230005459756_n

11.30

Fikrət Hüseynlinin Kievdə İnterpol tərəfindən saxlanılması faktı təstiqini tapmadı

Fikrət Hüseyinov Kiev yerli polisi tərəfindən saxlanılıb.Onun hər hansı cinayyətdə  İttiham olunması hələki bəlli deyil.

***

10.35

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. Əməkdaşımızla telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

 

Xatırladaq ki, F. Hüseynli Niderland vətəndaşıdır. O, Turan TV ilə əməkdaşlıq edirdi və Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.

Mühacirətə gedərkən Azadlıq qəzetinin əməkdaşı idi və davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuşdu. 2007- ci ildə onu Bakıda boğazından bıçaq zərbəsi ilə yaralamışdılar.

Azadlıq. İnfo