ABŞ getdikcə daha az qaçqın qəbul edəcək


1980-ci ildən bəri Birləşmiş Ştatlar istənilən digər ölkədən daha çox – 3 milyonadək qaçqını yerləşdirib. Dünyada münaqişələrin, zorakılıq və təqibin didərgin saldığı adamların sayı artanda Birləşmiş Ştatlar da daha çox qaçqın qəbul edib. Amma son illər bu trend səngiyib.

2110317

2013-cü ildən bəri dünyanın qaçqın əhalisinin sayı 50%-dək artsa da, hər il ABŞ-da yerləşən qaçqın sayı davamlı artmayıb. Bunu “Pew” araşdırma mərkəzi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və ABŞ Dövlət departamentinin məlumatlarının təhlili əsasında üzə çıxarıb

Ortalama, 1982-2016-cı illərdə, ABŞ hər il dünya qaçqınlarının 0,6%-ni yerləşdirib.

Hər il UNHCR ABŞ və digər ölkələrdə yerləşdirilmək üçün qaçqınların namizədliyini rəsmən tanıyır. Son illər hər il yerləşdirilməyə 1 milyonadək fərd müəyyələşdirilsə də, onların cüzi qismi buna nail olur. Məsələn, 2016-cı ildə UNHCR 1 milyonadək mümkün qaçqını müəyyənləşdirsə də, onların yalnız 189 mini dünya ölkələrinə yerləşib, yarıdan çoxunun (51%) taleyinə Birləşmiş Ştatlar düşüb

982-2016-cı illərdə Birləşmiş Ştatlar dünyada yerləşmiş qaçqınların üçdə ikisini (69%) qəbul edib. Ondan sonra Kanada (14%) və Avstraliya (11%) gəlir.

Qaçqınların milliyyəti və dini də dəyişir. 2011-2016-cı maliyyə illərində qaçqınların artan çoxluğunu müsəlmanlar təşkil edib. 2016-cı ildə Birləşmiş Ştatlara da rekord sayda müsəlman qaçqın qəbul olunub.

Eyni zamanda, ABŞ-a yerləşdirilən qaçqınların böyük qismi xristianlardır. 2017-ci maliyyə ilində ABŞ-a daha çox xristian (47%) qaçqın gəlib, ikinci yerdə müsəlmanlardır (43%).