Kürdlərə Bağdatdan xəbərdarlıq: “Bazar günü günəş çıxana kimi Kərkükü tərk edin!


İraq mərkəzi hökuməti hazırda Kərküdə olan İraqın Şimalındakı Kürdüstan Muxtariyyatının silahlı qüvvələri “Peşmərgə”-yə Kərkük şəhəri daxil olmaqla Kərkük bölgəsindən bazar günü günəş çıxana kimi tərk etmələri ilə bağlı ultimatum göndərib.

65035

Məlumata görə, İraq mərkəzi hökumətinin peşmərgələrə verdiyi ultimatomu on minlərcə əsgərdən ibarət İraq birləşmiş ordusunun Kərkükə yaxınlaşmasından sonra açıqlanması diqqət çəkib.

Milliyətçə də kürd olan İraq prezidneti Fuad Masumun məsələ ilə bağlı olaraq Suleymaniyə şəhərində kürd muxtariyyatı liderləri ilə görüşdüyü də yayılan xəbərlər arasındadı. Məlumata görə, Cümə günü Kərkükün Şimalında peşmərgə qüvvələri əllərindəki Şiə Türkmən qəsəbəsi Taza Hurmatudakı mövqelərini İraq ordusuna buraxaraq bölgəni tərk edib.