Tanınmış vəkil Aslan İsmayılova qarşı növbəti təxribat.Haqqında cinayyət işi qaldırıldı


Tanınmış vəkil Aslan İsmayılov növbəti təxribatla üzləşıbdir Belə ki Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov vəkil Aslan İsmayılovun haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb.

12243148_1067446079940547_5847766746174355249_n.jpg

Eyni zamanda vəkil Aslan İsmayolov öz feysbuk səhifəsində baş verənləri bu çür şərh edib.

Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam. Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim.

Bu günə qədər dediklərimi bir daha təkrarlayıram. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmamışam. Bütün varlığımla hakimiyyət üçün deyil, Dövlətim üçün çalışmışam və bundan sonra da çalışacam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim Vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam. Bu günə qədər, nə qədər çətin olsa, ittihamlara məruz qalsam da hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz. Bilin, nəinki həbsim, ölümüm də məni oğru, quldurların qarşısında əyməyəcək.

P.S. Hakimin saxtakarlıq etdiyi həmin prosesdən sonra bir neçə dəfə polis idarəsində, məhkəmədə olsam da haqqımda cinayət işinin qaldırılması barədə mənə bir kəlmə belə deyilməyib.

P.P.S. Haqqımda qanunsuzluq etmiş Binəqədi polis idarəsinin istintaq şöbəsinin qəhrəmana çevrilib məni təhqir etməsinin səbəbi indi bəlli oldu. Neçə gün imiş haqqımda yuxarılarla razılaşma gedirmiş.

One comment

Comments are closed.