Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifədən getdi


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov öz ərizəsilə işdən ayrılıb.  

1378888046_01

O, işdən ayrılma səbəbini ailə məsələləri ilə əlaqələndirib:

“Ərizə yazıb işdən ayrılmaq normaldır. Ailə üzvlərimin, özümün səhhətimdə problemlər var, hazırda onlarla məşğulam.

Sizlərdən, çox razıyam. Haqqınızı halal edin”.

Qeyd edək ki, O.Bayramovun yerinə hələlik təyinat olmayıb