Saakaşvili: Silahdaşlarımı Ukraynadan deportasiya ediblər


Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, Ukrayna “Yeni qüvvələrin hərəkatı”nın lideri Mixail Saakaşvili tərəfdarlarının saxlanılaraq Ukraynadan deportasiya edildiyini bildirib.

466486864.jpg

Məlumatı  M.Saakaşvili öz “Facebook” səhifəsində yazıb.

“Mənim dostum, hərbçi, Donbasdakı müharibənin qəhrəmanı David Makişvili, həmçinin mənim keçmiş mühafizəçim və sürücümü küçədə, Poroşenkonun şəxsi sərəncamına əsasən bütün qanunları pozaraq oğurlayıblar”, — deyə Saakaşvili yazıb.

Bundan əvvəl M.Saakaşvili Kiyevdə onun sabiq mühafizə rəisi Georgi Rubaşvilinin silahlı şəxslər tərəfindən saxlanıldığını, habelə yaxın tərəfdarları Makişvili və Mixail Absianidzenin əlaqəyə çıxmadığını bildirmişdi.

M.Saakaşvilinin sözlərinə görə, onun həmin silahdaşlarını, başlarına torba keçirərək, xüsusi təyinatlıların müşayiəti ilə Ukrayna Milli Qvardiyasının təyyarəsində Gürcüstana göndəriblər.