Ramiz Yunus:Xalq Əliyev rejimini devirməlidir


Əliyevlər hakimiyyətinin elə bir dövrü, olmayıb ki, Azərbaycanda siyasi məhbuslar olmasın. Bu gününkü  hesablamalarına görə, hazırda Azərbaycanda 200 nəfər siyasi məhbus var. Ancaq , siyasi müdaxilələrlə həbs olunanların sayı daha çoxdur.Öikə ərazisinin 20 faizi ermənilərə Əliyevlər tərəfindən təslim edildiyi halda ölkədə azad və ədalətli seçkinin keçirilməsinə heç bir şərait olmadıgı halda  25 illik bir despotik rejim nə cür utanmadan 2018 il seçkilərində iştirak etməkdən danışır…

19748878_1776184939089171_1198505348009389813_n

Jurnalistlərin həbs edilməsi, siyasi aktivistlərin oğurlanması, həbsxanalara salınaraq işgəncəyə məruz qalmasında Azərbaycan   az qala dünyada 1-ci yer tutur.Bunların başında  isə Azərbaycan ictimaiyyətinə  qumarbaz, əyyaş və eyş-işrət adamı kimi tanınan ölkə prezidenti  İlham Əliyev dayanır.

 

2018-ci il prezident seçkilərinə qatılmaq üçün bu gün bu haqda danışmaq siyasi cəhətdən səhvdir və real müxalifətin siyasi kursuna  zərər vurur, çünki Əliyev-Paşayev rejimi bu seçkiləri öz əlimizlə qanuniləşdirmək üçün bir daha saxta secki metodundan istifadə etmək istəyir.

Dəyərli müxalifətcilər bunu  anlamaq bu qədərmi   cetindir.?Rejim 1993 ildən bu günümüzə qədər ölkədə keçirdiyi bütün saxta seçkilərin qalıbı olub.Əliyevlər rejimi ilə hansı ədalətli seçkidən danışmaq olar!?.Sizcə bu rejimlə ölkədə ədalətli seçki keçirmək  mümkündürmü?

Xalgımız artıq  milyardları ogurlayan Əliyev və Paşayevlər ailəsini cox yaxşı  tanıyır.

Azərbaycandakı özlərini müxalifət sayan siyasi partiyalara səslənirəm.Bu rejimin qaydalarıyla  neçə il oynayacaqsınız?

Düzənli etiraz aksiyaları və despotik Əliyevlər və Paşayevlər rejiminə qarşı bu gün kinli kütləni özündə birləşdırə biləcək Xalq hərəkatı hamımızı bu rejimdən xilas edə bilər

Birmənalı surətdə bildirirəm ki , İlham Əliyev,  mənim xalqımın xidmətçisi ola bilməz. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz

 

Bu səbəbdən, Oktyabırın 28 də Məhsul Stadıonunda keçiriləcək  müxalifətin mitinqinə dəstək olmaq üçün bütün qardaşlarıma, mənimlə eynı görüşlü insanlarımıza  və ölkənin dürüst vətəndaşlarına ziyalı təbəqəyə  təkrar müraciət edirəm!

Bu gün  Xalqımız nəyin bahasına olur olsun birləşməlidir çünki hamımızın  bir düşmənimiz var – bu  1000-lərlə vətəndaşımızı sorgusuz sualsiz qətl etdirən.torpagımızın 20 faizini erməni qohumlarına təslim edən və  vətənimizi bir növ orta əsr sultanlığına çevirən mövcud Əliyev-Paşayev rejimidir.Xalqımız səfalət içində yaşamaq istəmirsə bu rejimi devirməlidir

Mitinqlər  Xalq hərəkatına çevrilənə qədər davam etməlidir

Mitinqlər Məhsul stadionundan başlayaraq , prezident aparatı qarşısına , parlament önünə, İlham Əliyevin malikanəsinin qarşısında qədər  yayılmalıdır.

Hər kəs bir nəfər kimi ayağa qalxmalıdır.Biz bunu etməsək bizim əvəzimizə bunu kim edəcək?

 

 

 

Ramiz Yunus /siyasi ekspert

ABŞ ,Baltimor

 

 

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s