ReAl hərəkatı 2017-ci ilin sonuna qədər Qurultay keçirəcək


cms-image-000012322.jpg

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınmışdır.

Bu gün keçirilən mətbuat konfransında bildirilib ki, buna səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yer ayımaqdan imtina etməsi olub. Təşəbbüs Qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirilib ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq.

22882526_525186877840724_74370731_o

Qeyd olunub ki, qurultayın noyabrın 4,5,11,12,18,19,25,26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.

Mətbuat konfransında Fransanın, Böyük Britaniyanın, Norveçin, Almaniyanın, Hollandiyanın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin Avropa Şurasının nümayəndəsi iştirak etmişdir. Mətbuat konfransında qeyd olunub ki, istənilən cavabdan asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcəkdir.