Akif Çovdarova hökm oxundu: 12 il müddətinə həbs..


Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general A.Çovdarova və digərlərinə hökm oxunacağı gözlənilirdi.

dc47209a2e50

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətində azadlıqdan məhrum edilib.

Hökmə əsasən Səlim Məmmədov isə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədovun 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslərin hamısı son sözlə çıxış edərək, onlara qarşı irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıblar.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s