ABŞ Azərbaycana səfər edən vətəndaşlarını  apteklərdən dərman almamağa çağırır


ABŞ Azərbaycan səhiyyəsini rüsvay etdi

ABŞ Azərbaycana səfər edən vətəndaşlarını ölkəmizdəki apteklərdən dərman almamağa çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində  yer almış xəbərdarlığında deyilir. Burada yerləşdirilmiş mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə ,əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.

Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb: “Azərbaycandakı apteklərdə dərmanların çoxu markaları və dozaları daşımadığından özünüzlə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan kifayət qədər lazımi dərmanlar götürün.  Bu respet sizin şəxsi həkiminiz tərəfindən səfəriniz üçün yazılmış olmalıdır”.
ABŞ idarəsi həmçinin Bakıda təcili və keyfiyyətli tibbi xidmətin normal işləmədiyini qeyd edib: “Bakıda sutka ərzində beynəlxalq SOS siqnalı ilə yalnız bir tibbi klinika fəaliyyət göstərir. Bu klinika isə fövqəladə vəziyyətlər zamanı yalnız əhəmiyyətsiz tibbi problemləri həll edə bilir”.
Rəsmi mətndə deyilir ki, Azərbaycanda vərəm yayılıb.  Həmçinin ABŞ vətəndaşlarına bütün lazımi peyvəndlərin vurulması xatırladılır: “Tibbi təxliyə üçün əlavə sığorta edilmənizi israrla tövsiyə edirik”

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s