“Qoca”qəsdən öldürülüb.Saxlanılan zaman üzərlərində silah olmayıb./Hacıqabul sakinindən sərt iddia


Categories: #Kriminal#Azerbaycan

Bakıda qatardan qaçan məhkum, “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər.

Həmin ünvanda keçirilən əməliyyat zamanı Daxili İşlər Nazirliyi  E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstərdiyi barədə xəbərlər yayınlamışdır. Nəticədə E. Məmmədovlə yanaşı daha bir şəxsin öldürüldüyü digərinin isə agır yaralandıgı bildirilirdi.

Bu məlumatı Baş Prokurorluğun mətbuat xidmətidə təstiqləmişdir

Bu xəbərin ardınca redaksiyamız  ziddiyətli baş vermiş olayla baglı ziddiyətli məlumatlar  almaqdadır

Adının açıqlanmasını istəməyən Hacıqabul rayon sakini redaksiyamıza zəng vuraraq Daxili İşlər Nazirliyinin yaydıgı məlumatın tam yalan oldugunu deyir

Etibar Məmmədov bir neçə gün idi ki həbsdən qaçmışdır.Haradan taptı 2 daşın arasında Makarov tipli tapancanı əl qumbarasını və patronları.

Etibar Məmmədov və digər zərərsizləşdirilən şəxslərin heç birinin üstündə silah olmayıb.Ölkədə silah sursat yalnız nazirlərin varlıların balalarındadır.

Silah və qumbaralar Daxili İşlər Nazirliyinin silah anbarında yararsız silahlar kimi vaxti ilə silinən OMON və Gəncə hadisələri vaxti əldə olunan və heç bir qeydiyyata düşməyən silahlardır.DİN DTX Gömrük Komitəsi bu silahları  xüsusən belə işlər üçün saxlayıb istifadə edir.Həmin silahları Siyasi Partiya sədrlərini müxalif aktivistlərin nəqliyyat vasitələrinə və evlərinə qoymaqla 100 lərlə insanı  həbs ediblər .Bunu Azərbaycanda hər kəs bilir

Etibar Məmmədovun  öldürülməsinə gəldikdə isə bu işin sifarişçisi Daxili İşlər Naziri Ramil Usubovdur.O uzun müddətdir  Prezidentə ölkədəki krimnogen durumala baglı  raport verə bilmirdi.Bir sözlə bu iş Nardaranda öldürülən günahsız polis əməkdaşlarının və mülki vətəndaşların ölümü ilə oxşardır.

Qətiyyətlə deyə bilərəmki , öldürülən şəxslərin üzərində silah olmayıb.Məntiqə baxın Daxili İşlər Nazırı məlumat yayır ,deyilir ki guya öldürülənlər əmrə tabe olmayıb və nəqliyyat vasitəsini polislərin üzərinə sürüb.İşə bir baxın jurnalist həbs olunur eyni sözlər nazır həbs olunur üstündən yaxudda evindən mütləq qızıl külçə yanındada 1 ədəd əl qumbarası və Makarov tipli tapança tapılır.

Sual olunur.Qarşı tərəfin silahı qumbarası var idisə maşını polislərin üzərinə niyə sürürdülər.Daxili İşlər Nazirliyinin yaydıgı digər  məlumatda  Etibar Məmmədovun silahlı müqavimət göstərdiyi bildirilir.Polis təşkilatının yayınladıgı heç bir məlumat bir birini təstiqləmir.Mərhum gülləni hara atdı ki xəsarət alan olmadı.

Etibar və digərlərin əlində silah qumbara olsaydı o zaman onlar əllərində  olan silah və qumbaranı işə salardılar.Polis təşkilatı illərdi xalqımıza yazdıqları nagılları danışır.Onlara kimsə inanmır.Etibar qəsdən öldürülüb.

Polis əməliyyat keçirir və heç bir video görüntü qeydə alınmır, millətin balalarını öldürdülər , 2 ananın evinə vay düşdü ,belləri büküldü   deyə adının açıqlanmasını istəməyən Hacıqabul sakini bildirib

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s