Hüquqşünaslar mitinq keçirəcəklər.Xalq dəstək versin!!!


​Vəkillər  nümayəndəlik İnstitutunun ləgvinə etiraz edirlər.Bu mitinqə Xalq dəstək verməlidir.


Məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünaslar Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə etdiyi dəyişikliklə əlaqədar etiraz aksiyalarına başlamaq qərarı verib. 

Bu qərarı Praktik Hüquqşünaslar Qrupu noyabrın 3-də veriblər.

Parlament “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra Nümayəndəlik İnstitutunun fəaliyyəti məhdudlaşdırılıb. Bundan sonra Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Praktik Hüquqşünasların İşçi Qrupunun üzvü Xalid Bağırov deyir ki, qanunun təsir etdiyi hüquqşünaslarla yanaşı, faktiki müdafiəsiz vəziyyətdə qoyulan bəzi vətəndaşlar da bundan narazı qalıb.

Dəyişiklik layihələri Milli Məclisə Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən daxil olub. Layihə oktyabrın 20-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərmişdi.

Təklif cəmiyyətdə cox böyük  narazılıqla qarşılanıb və bildirilib ki, Nümayəndəlik İnstitutunun ləğv edilməsi yolverilməzdir və bu gələcəkdə vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacaq. 

Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, Nümayəndəlik İnstitutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.

Azərbaycanda  Vəkillər Kollegiyasının  900-dən  çox üzvü var.

.

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s