Azərbaycan Prezidenti Parisdə məhkəmə prosesini uduzdu


Azərbaycan hökuməti fransalı jurnalistlərə qarşı Parisdə iddia qaldırmışdı; «İlham Əliyev diktator deyil və Fransiz jurnalistlər cəzalandırılmalıdır

Azərbaycan hakimiyyəti Fransanın «France 2» televiziya kanalına və onun əməkdaşları olan jurnalsitlər Elizabet Lucetlə Loran Riçarda qarşı məhkəmə iddiası qaldırmışdı. İddiaya Paris Nanter məhkəməsində baxılmışdı.

Fransanın paytaxtı Parisdə Məhkəmənin qərarı isə bu gün elan edilməli idi. Gözlənilən qərar qəbul edildi. Məhkəmə iddianı təmin etməyib. Məhkəmənin qərarında bildirilir ki, Azərbaycan tərəfi dövlət adından diffamasiya ilə bağlı iddia qaldırmaqda haqlı deyil… Azərbaycan tərəfinin iddiasını vəkil Olivye Prado müdafiə edirdi. O, Afrika ölkələrindən olan başqa diktatorların da maraqlarının müdafiəçisi kimi proseslərdə iştirak edib.