Oktay Gülalıyev YAP  hakimiyyətini sərt tənqid etdi


Hakimiyyət yalnız Azərbaycanda fəaliyyət göstərən tənqidçi ictimai- siyasi fəalları və onların qohumlarını incitmir. Eyni zamanda mühacir həyatı yaşayan fəallara da qarşı eyni münasibəti sərgiləyir.Soruşa bilərsiniz necə?
Son günlər aldığım məlumatlara və mənə edilən müraciətlərə əsasən apardığım araşdırmaya görə Avropada, xüsusən Almaniyada Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyaların təşkilatçıları və iştirakçılarının, eləcə də tənqidi statuslar yazan fəalların qohumları təzyiqlərə məruz qalırlar. Həmin şəxslərin ailə üzvləri və yaxınları polisə çağrılıb hədələnir, inzibatı həbs cəzasına məruz qalır. Xəbərdarlıq olunur və ya işdən çıxarılır. Hətta bəziləri onlarla qohumluqdan imtinaya məcbur edilir. Eyni zamanda Azərbaycan hakimiyyəti bəzi ölkələrə rəsmi müraciət edib ki, həmin ölkədə olan azərbaycanlı  mühacir haqqında cinayət işi açılıb, onu ekstradisiya etsin. Yəni təhvil versin…
Demək istəyirəm ki, hakimiyyət ancaq ona qarşı ölkə daxilində olanlarla savaşmır. Ölkədən kənarda olan, əli çatmayan şəxsləri susdurmaq üçün onların qohumlarından istifadə edir. Yaxın tariximizdə buna bənzər hadisələr Emin Milli, Ganimat Zayidov, Gunel Movlud, Ordukhan Temirkhan Babirov, Elshad Abdullayev, Tural Sadiqli, Yafaz Akramoglu Hasanov və digələrinin qohumlarına qarşı həyata keçirilib. Amma bu dəfə baş verənlər ictimai sferada o qədər də tanınmayan şəxslərə, xüsusən gənclərə qarşı həyata keçirilir. 
Son aylar siyasi məhbuslar və digər mövzularda Avropa ölkələrində azərbaycanlı fəalların keçirdiyi aksiyalardan sonra onların qohumlarına qarşı təzyiqlər artıb. Hazırda bu istiqamətdə araşdırmalara başlamışıq. Ümid edirəm yaxın zamanlarda ortaya araşdırma məhsulu- hansısa sənəd çıxaracayıq. Və orda bütün bu faktlar ətraflı qeyd olunacaq.
İndilikdə isə təklif edirəm;
1. Ailə üzvləri və yaxınları təzyiqlərə məruz qalan mühacir fəallar bu məlumatları ictimaiyyətlə və bizimlə bölüşsünlər.

  1. Təzyiqlərə məruz qalanlara ictimai dəstəyi artıraq.
    Unutmayaq ki, harda yaşamasından, sosial vəziyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaq az və ya çox dərəcədə Azərbaycan davası aparan hər kəsin səsi eşidilməli və onlar müdafiə olunmalıdır.

Oktay Gulalıyev

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s