SOCAR – da faciə – İsgəndər Şirəlinin daha bir işçisi öldü


Bu məmurun mənimsəmələri isə davam edir

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alaraq komaya düşən işçi vəfat edib.
1510318946_isgender-sir.jpg
Bu barədə Euro Asia News – a SOCAR-ın sözçüsü İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, “Qaradağ” sahəsindəki 490 saylı quyuda ağır kəllə-beyin travması alan fəhlə Gözəlov Fikrət Alıkişi oğlu 8 noyabr tarixində müalicə aldığı xəstəxanada vəfat edib:

Qeyd edək ki, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Nəticədə Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət alıb.

Yaralı Ədilov Cavad Əlibala oğlu hadisədən 2 gün sonra xəstəxanadan evə buraxılmışdı.

Ağır yaralanaraq, kəllə-beyin travması alan 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğlu hadisədən sonra komaya düşmüşdü. O, Baku Medikal Plazada reanimasiya şöbəsində idi.
Realliq.info dəfələrlə SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”ndə baş verən özbaşınalıq və qanunsuzluqla bağlı məlumat verib. Lakin Trestin rəhbəri isgəndər Şirəlinin cəzasız qalması faciələrin sayını artıqmaqdadır. Maraqlıdır ki, milyonlarla dövlət vəsaitini mənimsəyən İ. Şirəliyə cinayət işi qaldırılmır. Pulları mənimsəyən bu məmur qazma yerlərində köhnə avadanlıqlardan istifadəni məcbur edir. Bu da facilərlə nəticələnməkdədir. SOCAR şefi Rövnəq Abdullayev isə İsgəndər Şirəlinin qanunsuz əməllərini himayə etməklə dövləti talamaqdadır.
Trestdə baş verənlərlə bağlı ətraflı məlumat verəcəyik.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s