Eldar Mahmudovun həbsi reallaşır


Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

Bu gunlərdə , sabiq  nazir Eldar Mahmudov  Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində müxtəlif  cinayət işi üzrə 3 saata yaxın dindirilib.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun son bir neçə gündə ikinci dəfə prokurorluğa çağırılması onun haqqında yaranan şübhələri daha da artırıb.

FB_IMG_1498217188808

 

“Bir müddət öncə də sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışdı. Səbəb kimi onun qardaşı oğlunun həbs olunması göstərilir. Yəqin ki, yenidən çağırılmasına səbəb həmin məsələ ilə bağlıdır.

Müzakirələr gedirdi ki, Eldar Mahmudov haqqında heç bir məlumat yoxdur, heç bir məsuliyyətə cəlb olunmur. Həbs olunması məsələsini vurğulasaq, bu barədə dəqiq fikir bildirmək mümkün deyil.

Əslində isə Azərbaycan Respublikasının qanunvericiliyi icazə verir ki. qanun pozuntusuna yol verən hər bir şəxs məsuliyyətə cəlb olunsun. Son hadisələr də göstərir ki, sabiq nazir haqqında istənilən an gözlənilməz bir qərar eşitmək olar”.

Amma ölkəni  anarxiyaya çevirmiş Əliyevlər və Paşayevlər hakimiyyətindən hələlik bunları gözləmək olmaz.

Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov gözlənilmədən vəzifəsindən azad olunduqdan sonra nazirliyin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, onlar haqqında Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s