Rövnəq Abdullayevin cinayyət faktlarını saytlardan sildirən “Qaynarinfo”nun baş redaktoru “Zahir ƏZƏMƏT” susmayan saytları necə bağlatdırıb


Socar Prezidenti Rövnəq Abdullayevin və onun rüşvətxor komandası haqqında korrupsiya  faktlarını saytlardan rüşvətlə sildirən “Qaynarinfo” saytının baş redaktoru “Zahir Əzəmət” SOCAR şirkəti haqqında korrupsiya faktlarını yayınlayan  saytların bağladılmasında xüsusi “əzəmət” nümayiş etdirib.Amma o  bir şeyi unudub!!! 

Cinayyəti bilib gizlətmək ,baş vermiş korrupsiya faktlarını vəzifə səlahiyyətlərindən istifadə edərək ört basdır etmək, əvvəlcədən bir qrup vəzifəli şəxs tərəfindən mütəşəkkil qaydada  cinayyət əlaqəsinə girərək socarla baglı korrupsiya faktları yayan  sayt rəhbərlərinə açiq aşkar  rüşvət təklif edərək məlumatın sildirilməsi,cəmiyyətə yalan məlumat ötürülməsinin   özü agır cinayyət işi  sayılır.

SOCAR prezidenti Rövnəq Abdullayev və onun adları korrupsiya faktlarında  hallanan komandasınin , haklarında korrupsiya faktları yayan saytların rüşvətlə ələ alınması müqabilində və ya ələ alınmadıgı halda  saytlatın Delta Telekomdan bloklanması üçün  hər il 200 min AZN pul ayrıldıgı iddia olunur.Bu məsələdə qıfıl açar rolu oynayan “Qaynarinfo” adlı reket saytın baş redaktoru Zahir Əzəmət xüsusilə fərqlənib.Əldə etdiyimiz tam dəqiq məlumata görə Zahir Əzəmət 40 yaxın müstəqil medyanı ələ ala bilməyib və onların fəaliyyətini “Delta Telekomdan” bloklatmagı bacarıb

Həmkarlarına zəng edib qorxmadan rüşvət təklif edən bu əxlaqsız baş redaktor görün nə qəddər qudurubmuş ki ,təklif etdiyi  rüşvətin məbləgini belə sosial şəbəkədə açıq aşkar yazırmış.Zahir  Əzəmət SOCAR şurkəti  haqda rüşvət faktları yayınlayan saytların rəhbərlərinə hər ay 100AZN  “paket rüşvət” təklif edirmiş.

Ikram Rəhimovun yazısı

Mən mediada ilk addımlarımı atanda elə bilirdim ki, haqqa yaxın olan bir sahəni seçmişəm. Allahın müqəddəs kitabında deyildiyi kimi: “And olsun qələm sahiblərinə… ”.

Nə biləydim… Hardan biləydim ki, saçımızın qarasına ağ rənglər divan tutmadığı zaman ilk addımlarda qara saçları darayıb cavanlıq sınağına qoşulduqlarım xəyanət “gölü” açmış və həmin məkanda “tilovlarından” dost ovuna istifadə edərlərmiş…

Tikla bunuda oxu -Rövnəq Abdullayev haqda ŞOK FAKTLAR


Son aylar baş verən olaylar mənim üçün və mənim narahatlığıma şərik olub, dərdimi paylaşan dostlar üçün xoş keçmədi. Sosial şəbəkələrdə, “yanındayıq” -deyib məni dəstəkləyən və mənəvi dayaq duran hər bir şəxsə minnətdarlığım, sən demə düşmənlərimin acığını soyutmamış və “dostlarım” olunan dəstəkdən ruhlanmağımdan çəkinərək mənə qarşı yeni planların sifarişini icra etməyə davam etmişlər. 

Mən qınamıram, ola bilər. Niyə də olmasın. Axı çörəyini ətəkdən yeyən və el dili ilə desək “çörəyi diz üstə olan”, “ƏZƏMƏTLİ” dostlarıım az idi…

Bir zamanlar “həmkar” və ya jurnalist öz cəbhəsindən yazmaz deyə öyrətdilər mənə. Axı vicdan amili önəmli idi, o da xəyanətə yol verməz və həmkarların savaşında sızlayardı. Nə günə qaldıq? Elə bir günə ki, mətbuat, “DÖRDÜNCÜ HAKİMİYYƏT”- deyib fəxr etdiyimiz an sayıla bilməyəcək qədər xəyanət gördük. Birinci ola bilməsək də sonuncu olmaq üçün can atanlar tapıldı aramızda. Ən acısı bu adlar içində imzası olan yeni şerini qəzet səhifəsinə çıxarmaq üçün “DOSTUMDUR” deyərək, nə yaxşı “VARDIR” düşünüb capda manşeti belə dar etdik. Hətta “Nizami” metrosunun yanında yerləşən binanın soyuq divarlarında “ƏZƏMƏT”in sevgi şerini qəzetin səhifəsinə yerləşdirən dostumun yuxusuz gecələri belə gözümün önündə canlanır. Bəs nə dəyişdi…

Tikla bu faktadıda oxu -neft yataqarından 1 milyard dollar pul ogurlanıb.SOKAR susur

Qara saçlarımız çoxdan dəyişib. Qocalığın astanasındayıq. Yanımızda, yörəmizdə qazandıqlarımız itirdiklərimizin boşluğunu doldurmur. Nəfəs alarkan belə sağa-sola boylanmaq zorunda qalmışıq. Dost sayı azaldıqca etibar etdiklərimizin sıraları pozulub, “HƏMKARIQ” deməkdən qorxmağa başlamışıq. “Etibar, vicdan, əqidə, dosta sədaqət keçmişdə qaldı” – deyib bizdən sonra yetişənlərə misal çəkib öyünərkən utanmaq zorunda qalmışıq. Məmur qucağına girib, pula (bunu deməkdən və bu sözü “dost” sözü ilə yanaşı çəkib bir ölçüyə qoymaqdan utanıram), saxta şöhrətə, dostluq dəyişənlərə baxıb həyatın mahiyyətində belə məntiqlərə üsyan edirəm…
Dediyim kimi, bir zamanlar qardaşlıq üzərində köklənən indiki “qardaşlıq” son bir ayda mənə acılar yaşatmaqda davam edir. Səbəbini bilmədiyim zaman “ƏZƏMƏTLİ” dostlarım xəyanət etməz deyə düşünmüşdüm. Kimisi məni qınamış, kimisi “yanılma”, kimisi “haqlısan” – demişdi. Dost siyahısında haqlı olmadığım zamanı xatırlamıram. Amma ləqəbinə “ƏZƏMƏT” və “abi” deməsinə acığımı ifadə edib “ELOĞLU” dediyim birinin mənim imzama sayğısızlıq, mənə isə xəyanət etməsini qəbul etmirəm…

Hər bir insan kimi səhv edə bilərəm. Yanlışım, nöqtə, vergül unutqanlığım ola bilər. Lakin mənim yanlışlıqlarımda mənəvi səhvlər yoxdur və ola da bilməz. Mən məmur adına sifarişlər icra edib olan ƏZƏMƏTİMİ qara saçlı olduğum zaman, illərə söykənən dostluğa arxalanaraq ağardıqca saxtalaşan “əzəmətlərə” qurban vermədim.. Və vermərəm. Məmur istəyini icra edib dosta xəyanət etmək isə son bir ayda keçmişə söykənən və inamlı olan düşüncələrin yanlış olduğunu təsdiq etmiş oldu. Dostumundur – deyib saytı açmaq xoş olması vacib sayılmalı zaman dostunun saytını yox etmək üçün sifariş icra etdiyinin adını qoya bilmirəm. Ola bilər bunu məmur desin və dostuma təzyiq də edə bilər. Lakin onun “ƏZƏMƏT” adlandırdığı və bu gün bu ada nifrət oyatdığı adın arxasında xəyanət gizlənmir axı…

Tikla bu faktıda oxu-SOCAR-ın yeni erməni ortağı Avet Mirakyan

Məmur. Məmur da insandır və bu ölkədə məmursuz yaşamaq və qanunları icra etmək mümkün deyil. Onların da haqları var. O haqlarla işimiz olmaz və cəmiyyətin güzgüsündə – mediada bunlar açıq görüntülənir. Amma məmur dediyimiz və ölkənin var-dövlətini talayan şəxslərin sifarişini icra edən “DOST”umun onlar qədər saxtalaşmasına yanıram…

Hamınıza bəllidir ki, rəhbəri olduğum media qurumlarında Dövlətin əsas gəlirini təşkil edən “SOCAR” ın şefi Rövnəq Abdullayevin və onun həyasızlaşmış vitse-prezidenti Mikayıl İsmayılovun, eləcədə də Xalik kimi vətənini satan, Lerikin suyunu içib sonra “qusan” məmurların dövlətin milyardlarını mənimsəmələrindən bəhs etmişdim. Sən demə, “DOSTUM” və adını “ƏZƏMƏT” adlandıran eloğlum Rövnəqlərin çörəyini yeyirmiş. Olsun, kişi çörək yeyər. Amma “kişi kişinin çörəyini yeyər”- deyib saçı ağarmışlar. Onlar da çörəyi kişi kimi yedilər və qazandıqlarına baxanda Allahın “şeytan” adlı məxluqunun payından pay qoparmadılar…

Mən bir jurnalistəm və sadə vətəndaşam. 21 ildir ki, dövlətimə xidmət edirəm. 40 yaşımda “ƏZƏMƏT”lərin ağaran saçının dostluq deyil, xəyanətə görə ağardığını görürəm. Rövnəq Abdullayevin 100, 1000 və bunun kimi məbləğlərlə xalqdan oğrladıqlarının hesabına yaşayan, görünüşü 10 metrdən sezilməyən və yazıldıqca yoxa çıxıb saxtalaşan “ƏZƏMƏT”lərin dostu olmuşam. Qınasaz haqlısız…
Bundan sonra susmaq istəmirəm. Əzəmətli olmayanların və vicdanını, əqidəsini satanların ifşasını davam etdirəcəyəm. Mənimlə birgə ƏZƏMƏTLİ yol getməyə hazır olanların ƏZƏMƏTİNƏ güvənərək…



İkram Rəhimov
Realliq.info saytının baş redaktoru



PS.Zahir Azamət  soy adlı baş redaktorla   baglı redaksiyamız yeni səs yazıları və messenger danışmaları əldə edib.Yaxın günlərdə bu məsələ ilə baglı ictimaiyyətə  geniş yazı veriləcək

Faktları Hüquq mühafizə təşkilatları nəzarətə götürməlidir .

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s