Hüquqşünaslara aksiya keçirməyə icazə vermədilər


Vəkil Xalid Bağırov:  ”Hüquqşünaslar bu məmləkətin ən təhlükəli adamlarıdır”

Bakı Şəhər İcra Hakimiyyəti Praktik Hüquqşünaslar Birliyinin noyabrın 18-də mitinq keçirməsinə icazə verməyib.

get_img

Bunu Meydan TV-ə vəkil Xalid Bağırov bildirib.

Hüquqşünaslar oktyabrın 31-də Milli Məclisin qəbul etdiyi və prezident İlham Əliyevin noyabrın 8-də imzaladığı  mülki, inzibati prosesual məcəllələrinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklərə etiraz əlamə olaraq aksiya keçirmək istəyirdilər.

Dəyişikliklərə əsasən, məhkəmələrdə inzibati və mülki proseslərdə vətəndaşları yalnız vəkillər təmsil edə bilərlər. Vətəndaşın nümayəndəsi qismində yalnız onun yaxın qohumu sayılan insanlar çıxış edə bilər.

İcra hakimiyyəti aksiyaya icazə verməməyini prezidentin qanuna edilən dəyişiklikləri imzalaması ilə əsaslandırıb.

Bundan başqa icra hakimiyyəti aksiya iştirakçılarının sayının qeyri-müəyyən göstərilməsinə də irad bildirib.

“Müraciətinizdə 500-5000 nəfərin qeyri-müəyyən sayda göstərməyiniz toplantı iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında və aksiyanın keçirilməsində aidiyyatı orqanlar tərəfindən müvafiq tədbirlər görülməsinə imkan yaratmır. Ona görə planlaşdırdığınız tədbirin keçirilməsi məqsəduyğun sayılmır”, deyə cavab məktubunda qeyd olunub.

X.Bağırov deyib ki, onlar toplaşıb müzakirə edəndən sonra növbəti addımlarını müəyyənləşdirəcəkləe:

“Görünən odur ki, hüquqşünaslar bu məmləkətin ən təhlükəli adamlarıdır. Onlarınm fəaliyyətini qadağan edirlər, aksiya keçirməyə icazə vermirlər. Belədirsə, gərək hüquqşünaslar partiyası yaradaq”.

Qanuna edilən dəyişikliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişikliklərə etiraz edən hüquqşünaslar bildirirlər ki, Azərbaycanda vəkillərin sayı kifayət qədər deyil və belə bir qanun vətəndaşları məhkəmələrdə müdafiəsiz qoyur.

Mənbə Meydan TV

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s