Şəkidə Xalq üsyanı.Şəkililər Azərbaycanın bütün şəhərlərinin üsyana qalxmasına çagırdılar


Şəkidə əhali ayağa qalxdı.
Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb.

Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Bütün Şəki və onun ətraf kəndlərinin əhalisi yerli sakinlərə kömək üçün əraziyə axışırlar 

23622458_555513694796525_3670109731014717579_n

Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.Buna baxmayaraq əhali dirənir
Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir.

“Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır.
Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir.
Əldə etdiyimiz son məlumata görə, hadisə yerinə gələn icra başçısını xalq ərazidən qovaraq uzaqlaşdırılıb.