Əflatun Amaşov öz kriminal ampluasında……


MŞ-nın öz işinin öhdəsindən gəlməməsi, praktiki olaraq mətbuata ictimai nəzarəti itirməsi, o cümlədən MŞ-nın idarə heyətində və ətrafında olan insanların cəmiyyətdə formalaşmış qeyri-sağlam imici bu sektorda özbaşınalığın yaranmasının əsas səbəblərindən biridir.

411172383

MŞ-nın və digər qurumların başı özlərinə o qədər qarışıb ki, Azərbaycan mətbuatı “cinayətkar yuvası”na çevrilib. Adını və soyadını düzgün yazmağı bacarmayan ünsürlər, heç bir məqalədə imzası olmayan qeyri-peşəkarlar bu sahədə “at oynadır”.

Bunlardan biri Yeni Musavat qəzetinin reket jurnalisti Əflatun Amaşovun yaxın qohumu Sevinc Telmanqızıdır.Dəfələrlə haqsız yerə Azərbaycanın ziyalıları haqqında hədyan iftira yazılar tirajlayan Sevinc Telman qızı kimi reket jurnalistlərə nədənsə Əflatun Amaşov susur.Amma bir şeyi unudur.Zaman gələndə Əflatun Amaşov və Sevinc Telmanqızı hüquq qarşısinda cavab verəcəklər

img1465850

Belələrinə qarşı mübarizə aparmaq əvəzinə Mətbuat Şurası  peşəkar jurnalistlərə qarşı cəbhə açır, tənqidi medianı susdurmağa çalışır və bununla da xoşagəlməz tendensiyanın əsasını qoyur. Informasiya və təbliğat sektorunda yaranmış acınacaqlı durum və cəzasızlıq mühiti sonda burada kriminallaşmış şəbəkələrin yaranmasına münbit şərait yaradır. Bu vəziyyət isə hüquq-mühafizə orqanlarının baş verənlərə müdaxiləsi zərurətini ortaya qoyur. Əgər MŞ başda olmaqla bu sahəyə məsul olan şəxslər mövcud qanunvericilik bazası çərçivəsində öz işlərinə məsuliyyətlə yanaşsaydılar, nəfslərinə qənim kəsilib şəxsi maraqlarını dövlət maraqlarına qurban verməyi bacarsaydılar nə hazırki kriminal mühit yaranardı, nə də hüquq-mühafizə orqanlarının bu sahəyə müdaxiləsi zərurəti ortaya çıxardı. Bəli, Əflatun Amaşov, sizin rəhbərlik etdiyiniz Mətbuat Şurası kriminal korrupsiyalaşmış  quruma çevrilib. Siz və ətrafınızdakılar Azərbaycan mətbuatını elə duruma salmısınız ki, bir çox hallarda ictimaiyyət nümayəndələri jurnalist adı eşidəndə ağız büzürlər.
Bu günlərdə İctimai Televiziyada yayımlanan verilişlərin birinin qonağı olan Əflatun Amaşova və onun həmkarlarına jurnalistin ünvanladığı sual diqqət çəkdi. Verilişin aparıcısı israrla kriminal avtoritetlərin təbliğatını aparan mətbu orqanların adlarının açıqlanmasını istəsə də Əflatun Amaşov bu sualdan yayındı. Səbəbi gün kimi aydındır. Çünki bu mətbu orqanlarının içində Əflatun Amaşovun “stavka” etdiyi saytlar və qəzetlər, o cümlədən dövlətdən ev və maliyyə yardımı alan şəxslər də var. Bunun nə ilə nəticələnəcəyini gözəl anlayan Əflatun Amaşovun sualı yayındırmaqdan başqa çarəsi qalmadı. Eləcə də onun həmkarları konkret sualdan yayındılar. Haqlısınz, Əflatun Amaşov! Əksər internet portalları və mətbu nəşrlər kriminal avtoritetlərin təbliğatını böyük həvəslə həyata keçirirlər. Bilirsinizmi niyə?…Çünki Azərbaycan mətbuatında sizin kimi  kriminala meylli insanlar həddindən artıq çoxdur. Həmin insanların mətbuata soxulmasında isə sizin böyük “xidmətləriniz ” var.
Bu məqalə növbəti yazılarımızın başlanğıcıdır.

Bir sıra xəbər saytlarının rəhbərləri Mətbuat Şurasının müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan ərazisində saytlarının bloklandığını bildiriblər.

Xüsusən, realliq.info, realliq.az,NİA.az, neytral.az, politika.az, vediinfo.az, obyektiv.org, sonolay.org, 24saat.org, ulus.az, qanunxeber.az, infoaz.org, xalqinsesi.com və aztoday.az saytlarının bloklandığı bildirilir.

İndi Azərbaycanda bu saytlara yalnız proksi-serverlər vasitəsilə daxil olmaq mümkündür.Saytların kollektivləri öz hüquqlarını birlikdə müdafiə etmək niyyətindədirlər.

İctimaiyyətlə əlaqələr üzrə realliq.info saytının baş redaktoru İkram Rəhimov əlaqədar şəxs təyin edilib.

Redaktorlar noyabrın 16-da video mətbuat konfransı keçirmək niyyətindədirlər.

Mətbuat Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələlik məsələni şərh etməyib.

Bu ilin yazında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq Radiosu”, Meydan.TV, Avropaninsesi və Euro Asia News saytlarını,  bloklamışdı. Sonradan məhkəmə bu qərarı təsdiq edib.

Növbəti yazımızda Mətbuat Şurasının sədri Əflatun Amaşovun korrupsiya əməllərini təstiq edən faktlar yayınlayacıq

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s