Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı yeni qərarını elan etdi


Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun  bağlı ikinci qərarını elan edib. 18-ci maddə (siyasi ayrı-seçkilik) üzrə  araşdırma aparılmayıb. Yalnız 6-cı maddənin 1-ci bəndinin (ədalətli mühakimə hüququ) pozuntusu tanınıb. Həbs müddətində itirilən gəlir və həbsin törətdiyi xərclər üzrə kompensasiya ödənməsi üzrə hissədə təmin olunmayıb. 7 hakimdən 3-ü etiraz mövqeli rəy verib.

 

Hüquqşunaş Səməd Rəhimli Avropa məhkəməsinin məlum qərarına şərh verib: “18-ci maddənin 6-cı maddə ilə birgə tətbiqi kimi mühüm məsələ üzrə AİHM-in vahid təcrübəsi yoxdur. Bundan əvvəl, bəzi işlərdə Palatalar bu qənaətə gəlib ki, 18-ci maddə 6-cı maddə kontekstində istifadə edilə bilməz. Bəzilərində isə mahiyyətcə baxıb pozuntu müəyyən edib. Yəni məhkəmənin öz təcrübəsində bu məsələ problematikdir və açıq qalıb. Mühüm məsələ üzrə vahid təcrübə olmayanda bu Böyük Palata tərəfindən həll edilməlidir. Belə olanda işə baxan Palata öz təşəbbüsü ilə işi birbaşa baxılması üçün Böyük Palataya göndərməli idi. Birgə xüsusi rəy (həmin xüsusi rəy etiraz edən deyil, qərarla razılaşan xüsusi rəydir yeri gəlmişkən) verən hakimlər qeyd edirlər ki, bu işin uzanmasına səbəb olacaqdı və İlqar Məmmədovun həbsdə olmasını nəzərə alaraq onun üçün “ədalət gecikəcəkdi” (qərarın özündə də – 261-ci paraqraf, bu məsələ qısa və ümumi formada qeyd edilib). Əgər İ.Məmmədov isə bu məsələdən, yəni 18-ci maddəyə ayrıca qiymət verilməsi üçün Böyük Palataya şikayət verə bilər.

Mənəvi kompensasiya isə Konvensiyanın 6.1-ci maddəsinin, yəni ədalət mühakiməsinin prosessual pozuntularına görə müəyyən edilib. İlqar Məmmədovun həbsinin davam etməsinə görə deyil. Azərbaycan işlərində bu maddəyə görə mənəvi kompensasiya Pənah Hüseyn və başqalarının işi üzrə müəyyən edilmişdi – 10 min avro. Məhkəmə yəqin ki hesab edib ki, bu pozuntular həmin iş üzrə pozuntularla eyni xarakterli olduğu üçün həmin qərarla müəyyən edilmiş məbləğdə və meyarda kompensasiya yetərlidir. Maddi kompensasiya üçün isə ümumi formada qeyd edib ki, səbəbli əlaqə müəyyən etmir (adətən Məhkəmə əldən çıxmış fayda mövzusuna girmir maddi kompensasiya təyin edəndə). Xərclər bağlı hissədə isə sübut təqdim edilmədiyini qeyd edib. Ona görə Azərbaycanla bağlı əvvəlki 6.1-ci maddə presedentlərini nəzərə alanda mənəvi kompensasiya az deyil, həminki işlərlə eynidir”,- deyə hüquqşünas bildirib.

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s