Cənub bölgəsindən Prezident Əliyevə xəbərdarlıq.SOCAR özbaşınalıga son qoymasa bölgə ayaga qalxacak


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə,

Surəti: Kütləvi-informasiya vasitələrinə,

Lənkəran rayonu Girdəni kənd sakini Nəziri Nəzir Nəzir oğlu tərəfindən

Şikayət

Cənab vətəndaşların hüquqlarını qoruyacagına söz verəcəm deyərək əlini Konstitusya və Qurana əl basıb and içən  Prezident  İlham Əliyev.

Mənim  68 yaşım var, II qrup əlil və təqaüdçüyəm. On səkkiz nəfər ailə üzvüm var. Lənkəran rayonu Girdəni kəndində yaşayan sadə zəhmətkeş Azərbaycan vətəndaşıyam. Bizim dolanışımız torpaqla bağlıdır.

This slideshow requires JavaScript.

Lakin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəzifəli şəxsləri tərəfindən mülkiyyətimizdə olan öz şəxso  torpaqlarımızdan istifadə etməyimizə imkan verilmir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 29 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə mənə və ailə üzvlərimə iki dövlət aktı ilə 1.09 ha və 0.16 torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədovun tapşırığı ilə qardaşı, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov və digər əlaltıları vasitəsi ilə zəbt edilmişdir.

Onlar tərəfindən zəbt edilmiş mülkiyyətimizdə olan torpaq sahələrinin özbaşına tutulması nəticəsində biz 4 ildir faktiki mülkiyyətimizdən məhrum olunmuşuq. Həmin torpaq sahələrində çay bitkisi əkilərək becərilir. Eyni zamanda becərilmiş çay yığılır və həmin sahədən mənfəət əldə edilir. Bizə həmin torpaq sahələri verilib ki, həmin torpaq sahələrini əkib becərək, ailəmiz maddi təminatını ödəyək.

Lakin, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov əmlakımızdan istifadə etməyimizə imkan vermir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı Fərmanı ilə təsdiq edilmiş “Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əhalinin regionlarda məşğulluq siyasətini nəzərdə tutur. Mülkiyyətimizdə olan torpaq sahələrinin zəbt olunması ilə bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Milli Məclisinə və digər qurumlara göndərdiyim şikayətlərə qanunamüvafiq surətdə baxılmır.

Həmin şikayət məktubları bizim şikayətçi olduğumuz “Astaraçay” MMC-nin yerləşdiyi Astara rayonu Çayoba kəndində yerləşən çay fabrikinə göndərirlər. Həmin müraciətlərə də baxılmır. Hüquq-mühafizə orqanları tərəfindən mülkiyyətimizi zəbt etmiş şəxslərə qarşı cəza tədbiri həyata keçirilmir. Torpaq sahəsinin zəbt olunmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin dispoziosiyasına əsasən torpaq sahələrinin qanunsuz zəbt olunması cinayət məsuliyyətinə səbəb olsa da, qanunvericiliyin norması həmin şəxslərə tətbiq edilmir.

Çünki, “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədovun arxasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov durur. Əgər kasıb, arxasız insan mənim torpağımı zəbt etsəydi, Lənkəran ŞRPŞ-də həmin şəxsə cinayət işi açılar və məsuliyyətə cəlb edilərdi.

Bunun bariz nümunəsi kimi, həmin şəxslər mənim oğlum Məmmədov Fariz Nəzir oğlunu şərləyərək yalançı şahidlərin sayəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açdırmağa nail olublar. Həmin şəxslər Lənkəran rayonu Girdəni, Ürgə, Osakücə və Sinovli kəndlərindən 1 sotu 50 manata torpaq sahələrini alıblar. Torpaq sahələrini satmaq istəməyən şəxslərin torpaq sahələrindən istifadə olunmasına imkan verilmir.

Həmin torpaq sahələrinə xalq içərisində “Sokarın torpaqları” adı verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neft-qaz çıxarılması və nəql olunması ilə yoxsa, kənd təsərrüfatı istehsalı ilə məşğuldur?! Mənim torpaq sahəmi qanunsuz zəbt etdiyinə görə “Astaraçay” MMC-nin direktoru Tələt Məmmədov barəsində qanunmüvafiq cəza tədbirləri görülməsini xahiş edirəm.

PS.Redaksiyamızn elektron poctuna məktub yollayan Lənkaran sakinləri ,Lənkaran ,Lerik ,Astara bölgələrində torpaq sahələri bir qrup dövlət məmurları tərəfindən əllərindən  hakimiyyət nümayəndələrinə ,nazirlərə  son xəbərdarlıgını edir

Məmur özbaşınaləgına korrupsiyaya rüşvətxorluga son qoyulmasa SOCAR və digər nazirliklərin rəhbərliyi tərəfindən Talış  bölgəsində əlimizdən zorla alınmış torpaqlarımız qeri qaytarılmasa bütüb bölgə əhalisini məmur özbaşınalıgına qarşı ayaga qaldıracıq

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s