“Kürdüstanda” seçkini dəstəkləyən Azərbaycanlı məmur işindən qovuldu


Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. “Report”un xəbərinə görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.

Hələlik icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi “referendum”u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti “facebook”da və mətbuatda ciddi tənqid olunub.

Xatırladaq ki, F.Tanirverdiyev hətta dövlətimizi də şantaj etmişdi: “O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə, odur. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.


Xatırladaq ki ,Hollandiyada mühacir həyatl sürən iran mollaları tərəfindən dəstəklənən ,qondarma ”Talış Mugan” adlı qanunsuz  silahlı seperatist dəstəsində Azərbaycan xalqına qarşı bölüçü və satqınçılıq prizmasından cıxış edən və bu gündə Millətimizə qarşı öz əxlaqsız ,işverən,satqınçılıq əməllərini davam etdirən,milli şura üzvü  Ataxan Əbilovda açıq aşkar seperatizmi dəstəkləyir.


One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s