İngiltərə prezident İlham Əliyevin adı keçən korrupsiya ilə bağlı cinayət işi başlatdı


Avstraliya mәtbuatında Azərbaycanın neft sənayesində dövlət sirlərinin əcnəbilərə ötürülməsinə dair sensasiyalı iddialar hәlә ötәn ildәn var idi.

17887604_1906096422999477_2139121381_o.png

Fairfax Media və Huffington Post-un birlikdə apardığı jurnalist təhqiqatında Monakoda yerləşən Unaoil şirkətinin Azərbaycanın neft sənayesindəki fəaliyyətlərinin qaranlıq guşələrinə işıq salınmışdı.

Avstraliyada çıxan “The Age” qəzetinin saytında Huffington Post müxbirləri Richard Baker və Nick McKenzie yazırdılar ki, “neft oyununda Reza Raein-ə çatan vasitəçi ola bilməz”.

“Nyu-Yorkda yaşayan Rzanın ən dəyərli əlaqələri xaricdə, “rüşvət fabriki” Unaoil-la birlikdə neft sənayesinin vasitәçisi kimi işlədiyi Azərbaycandadır” – deyә yazırdı müəlliflər.

Azərbaycanda fəaliyyət göstərən Kellogg Brown & Root (KBR) şirkətinin bir memosunda onun vasitәçi kimi seçilməsinin səbəbi olaraq “prezidentə və onun ailəsinə çox yaxınlığı” göstərilirdi.

“Bu isə kleptokratlar kimi reputasiya qazanmış diktatorların – ata və oğul, mərhum Heydər Əliyev və indiki prezident İlham Əliyevin hökmranlıq etdiyi bir ölkədə çox şey demək idi – deyilirdi təhlildə, – Onlar Azərbaycannın neft və qaz ehtiyatlarından varlanıblar, ölkənin xalqı isə yoxsulluq girdabında qalıb”.

Əslində Richard Baker və Nick McKenzie-nin məqaləsi Unaoil şirkətindən sızmış sənədlərin təhlilidir.

Məqalədə deyilirdi ki, əgər 1999-cu ildə ABŞ-ın mühəndislik nəhəngi Kellogg Brown & Root şirkətində Raein-in prezident və onun adamları ilə əlaqəsi narahatlıq doğurmurdusa, artıq 2007-ci ildə onun əlaqələrinə təkrar baxıldıqda belə bir narahatlıq yaranmışdı.

KBR şirkətini narahat edən bu idi ki, əgər Raein Azərbaycan əlaqələrindən informasiyanı qanunları pozaraq toplayardısa, bu, şirkət üçün ABŞ-ın korrupsiya qanunları ilə bağlı başağrısı yarada bilərdi.

KBR-in 2007-ci il tarixli memosunda deyilirdi ki, Mәhәmmәd Rza Raein-in müxtəlif Azərbaycan rəsmiləri ilə görüşləri təşkil etmək qabiliyyəti onun yüksək hakimiyyətə bağlı olduğu barədə fikirləri təsdiqləyirdi.

Məqalədə deyilirdi ki, Raein məxfi hökumət informasiyasını Azərbaycan rəsmilərinin birindən alırmış. Belə başa düşmək olar ki, Raein və Unaoil bu şəxsin adını gizli saxlamaq istəyib, çünki o elektron yazışmalarda V1 kod adı ilə göstərililirdi.

Unaoil şirkətinin serverlərindən sızmış e-maillərdən bəlli olub ki, V1 Azərbaycan Dövlət Neft Şirkətində – SOCAR-da mühüm vəzifə tutub. Raein yazırdı ki, V1 onu maraqlandıran informasiyanı ölkə xaricinə səfər edəndə verə biləcək. Bunlar ölkənin Xəzər qaz yataqlarına dair layihə ilə bağlı informasiyalar idi.

“Mən nəhayət V1-lə danışdım və o dedi ki, informasiyanı yalnız Londona gedəndə verə biləcək” – deyə, Raein 2002-ci ildə Unaoil şirkətinin icraçı rəhbərliyinə yazıb.

Ötən il isə Unaoil şirkətinin rəhbərlərindən biri yazıb ki, Raein V1-ə informasiya almaq üçün “mümkün qədər güclü pressinq” edəcək.

Məqalədə deyilirdi ki, Unaoil şirkətinin Azərbaycandakı əsas müştərisi KBR qaz layihəsində 90 milyon dollarlıq qaz zavodunun tikitintisi üçün kontraktı əldə edə bilməsə də, bu layihə ilə bağlı kəmər tikintisi kontraktını qazana bilmişdi.

Unaoil-un başqa bir müştərisi, İsveçrənin ABB texnoloji şirkətinə isə dəniz qaz zavodunun nəzarət və təhlükəsizlik sistemləri həvalə edilmişdi.

Məqalədə deyilirdi ki, V1 habelə 2006-cı ildə Raein-ə zəng edib Azərbaycan biznesmeni Nizami Piriyevi təqdim etmişdi.

Raein Unaoil şirkətinə bildirmişdi ki, Piriyevin metanol zavodunu tikmək üçün özlərinin nəhəng beynəlxalq müştərilərindən birini cəlb edə bilərlər.

Raein bu layihənin reallaşacağına inanırdı, çünki ona e-maillərdə “I-Man” kimi təqdim olunan şəxs, çox güman ki, İlham Əliyevin özü xeyir-dua vermişdi.

“V1 hələ də SOCAR-dakı vəzifəsindədir, lakin bildiyiniz kimi o artıq parlamentə üzv seçilib (əgər buna seçilmək demək mümkündürsə) və spikerin müavini kimi ekologiya sahəsinə kurasiya edir” – deyilirdi e-maildə. Göründüyü kimi, Peter Willimont sözarası Azərbaycan seçkisi barədə fikrini bildirməyi də unutmamışdı.

Məqalədə deyilirdi ki, bu e-mail V1-in əslində Azərbaycan parlamentinin spiker müavini Valeh Ələsgərov olduğunu deməyə imkan verir, çünki o həm də ekologiya və təbii ehtiyatlar komitəsinin rəhbəridir. Valeh Ələsgərov SOCAR-da xarici investorlarla əlaqələrə cavabdeh idi.

Bu da vurğulanırdı ki, Raein və Ələsgərov Unaoil layihələrində 2011-ci ilədək təmasda olublar.

Məqalədə deyilir ki, Raein-ə daha iki Azərbaycan hökuməti rəsmisinin həssas informasiya sızdırdığını söyləmək olar.

Bu informasiya KBR və Rolls Royce şitkətləri də daxil Unaoil şirkətinin müştəriləri üçün maraqlı olmalı idi. Bu iki rəsminin elektron məktublardakı kod adları V2 və V3 idi.

Məqalədə deyilirdi ki, bu iki rəsminin kim olduqları daha az aydındır, lakin onların da SOCAR-ın rəhbərıiyində olduqlarını düşünməyə əsas var.

E-maillərdən görünürdü ki, Raein-ə başqa xərclərindən əlavə olaraq Azərbaycanda gördüyü iş üçün 1996-2005-ci illərdə 4,5 milyon dollar ödənib.

Yenə də sızmış e-maillərdən birində Raein açıqlayırdı ki, Cavad-ın arvadının yaxın qohumu yüksək vəzifəli SOCAR rəhbərlərindəndir.

Unaoil şirkətinin Azərbaycandakı işlərinə kömək edən və yaxşı əlaqələri olan başqa bir Reza da vardı. İran əsilli Rza Vәziri Britaniyada qeydiyyatda olan Anglo Asian Mining şirkətinin baş icraçı direktoru vəzifəsini tuturdu.

Rza Raein kimi Vәziri də elitar biznes çevrələrində və ABŞ-ın siyasətçi yığıncaqlarında tanınır, mötəbər ABŞ-Azərbaycan Ticarət Palatasının iclaslarında keçmiş dövlət katibləri James Baker və Henry Kissinger-lə yanaşı otururdu.

Unaoil şirkəti direktorlarından birinin sızmış e-mailində Vәziri Azərbaycanın sənaye naziri Natiq Əliyevlə və baş nazir Artur Rəsizadə ilə “istənilən vaxt” görüş təşkil etməyə qabil birisi kimi təqdim edilirdi.

Məktubda yazıldığına görə, Vәziri öz istədiyini Natiq Əliyevə dedirtmək qüdrətində olan bir şəxs kimi tanıdılırdı.

Məqalədə deyilirdi ki, Unaoil Azərbaycandakı köməyinə görə 2004-cü ildə Vәziri-yə 400 min dollar ödəmişdi. Bu pullar onun İsveçrədə yerlәşәn Marian şirkətinin hesablarına köçürülmüşdü.

Bir neçә gün öncә Avstraliyanın “The Age” nәşrindәki mәqalәdә bu iş üzrә cinayәt işi başlanıldığı qeyd olunub. Mәqalәdә yazılır ki, Unaoilin İraq, Liviya, İran, Nigeriya, Qazaxıstan, Suriya, Azərbaycan, Malayziya və Әl-Cәzayir nazirləri və neft rəsmiləri ilə əlaqəsi olan gizli vasitəçilərdәn ibarәt geniş bir şəbəkə ilә işlәmәsi sızan elektron poçtlara əsasən müәyyәn edilmişdi.

Unaoil araşdırması Panama Kağızları və ən son olaraq Cənnət Kağızlarıqalmaqallarının ardından daha da sürәtlәnir.

Mәqalәdә yazılır ki, FBI, Avstraliya Federal Polisi və İngiltәrәnin Korrupsiya İdarəsinin müfəttişləri sızan Unaoil poçtlarından yola çıxaraq 2015-ci ilin iyul ayında Fairfax Media şirkətinə yazılan məxfi mənbə də daxil olmaqla adı keçәn şahidlərlә əməkdaşlıq imkanı qazanıb.

Son zamanlar Kanadalı səlahiyyətli şәxslәr, Unaoil’in bir Şimali Amerikalı firma işi ilə əlaqədar istintaqa başlayıb.
Böyük Britaniya şirkətləri, o cümlədən Wood Group və Petrofac şirkətləri arasında davam edən cinayət araşdırmaları davam edir. ABŞ mühəndislik nəhəngi KBR və Avropanın neft sənayesi firmaları ABB və SBM Offshore araşdırmalarda ittiham olunur.

Cümə günü Avstraliyanın korporativ korrupsiyaya qarşı mübarizə xidmәti bu mәsәlәyә yenidәn diqqət ayırıb. Bütün istiqamәtlәrdә bu işdә adı keçәn şәxslәr vә şirkәtlәr haqqında istintaq prosesi başlayıb.

azadliq.info

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s