Mübariz Mənsimovun Rusiyadakı şirkətinə torba tikdırən “Qaloş” SOCAR prezidenti Rövnəq Abdullayev zümrəsidir


Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev Azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.

DCnAQT4C_400x400

“Rosbalt” xəbər verir ki, deputat Savelyev Mənsimovun şirkəti barədə bundan əvvəl “Moskovskiy komsomolets” qəzetində dərc edilmiş məqaləyə reaksiya verib. Həmin məqalədə “Palmali” şirkətinin Rostovda qeydiyyatdan keçmiş törəmə şirkəti “Palmali” MMC-nin Mübariz Mənsimovun Kiprdə qeydiyyatdan keçmiş başqa şirkətinə satılması zamanı güya  on milyonlarla dollar verginin büdcədən yayındırılmasından bəhs olunurdu.

Tikla bunuda oxu SOCAR – Gulen örgütünün finansal kaynagıdır

Deputat İstintaq Komitəsini Mənsimovun şirkətinin fəaliyyətini diqqətlə araşdırmağa çağırır. Savelyev sorğusunda yazır: “Noyabrın 10-da “Moskovskiy komsomolets” qəzetinin saytında dərc edilmiş məqalədən mənə on milyonlarla dollar vergidən yayınma barədə məlum oldu. Həmin məqaləyə əsasən Türkiyənin “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirkəti” Rusiyanın “Palmali” MMC şirkətinin səhmlərinin 100 faizinə malik olub. Daha sonra həmin şirkəti bütünlüklə Maltada qeydiyyatdan keçmiş “Palmali Hlding Co. Ltd.” şirkətinə satıb. Alqı-satqı əməliyyatı zamanı şirkətin qiyməti cəmi 6.1 milyon dollar göstərilib, hansı “Palmali” MMC-nin bazar dəyəri “Deloitte” şirkətinin qiymətləndirmələrinə görə 230 milyon dollar idi. Bununla da tərəflər külli miqdarda vergini büdcədən yayındırıblar”.

Sorğuda xatırladılır ki, “Palmali” MMC-nin direktoru Aleksey Mixeylev bundan əvvəl də iri məbləğdə vergidən yayınmağa görə istintaqa cəlb olunub. Savelyevin bildirdiyinə görə, həmin məqalədə Türkiyəli sahibkarın vergi maxinasiyalarının üstü açılır və bu səbəbdən İstintaq Komitəsi faktları diqqətlə araşdırıb prosessual xarakterli bütün tədbirləri görməlidir.

Rusiya mətbuatında Mübariz Mənsimova qarşı dalbadal kompromatlar dərc olunur.Etibarlı mənbələr bu qara piyarın arxasında SOCAR prezidenti korrupsioner Rövnəq Abdullayev və Azərbaycan Xalqının milyonlarını mənimsəyən bacısı oglu Anar Əlizadə dayandıgını bildirirlər

Bu barədə ötən yazılarımızda daha ətrafli məqalə dərc etmişdik

 

 

This slideshow requires JavaScript.

 

Azərbaycanlı biznesmen iş adamı Mübariz bəy Mənsimovun  fəaliyyətinin FTX tərəfindən araşdırıldığı haqda xəbərlər də yayılıb. Mənsimov Rusiyada “Lukoil” şirkəti ilə münaqişəyə girib və onun törəmə şirkəti “Litasco” barədə London arbitrajına müraciət edərək 2 milyard dollar təzminat tələb edir. Lakin “Lukoil” prezidenti Vahid Ələkbərov bildirib ki, Mənsimovun bu addımı diqqəti “Palmali”nin müflis vəziyyətdə olmasından yayındırmaq məqsədi güdür.

Virtualaz.org saytı SOCAR Prezidenti Rövnəq Abdullayevin çirkin şifarişini həyata keçirərək koşə yazılarında  iddia edir ki, guya Mənsimov təkcə Rusiyada deyil, Azərbaycanda da iri məbləğdə maxinasiyalara görə araşdırılır. Sayt yazır ki, o, “Socar Trading” şirkətinin də barəsində London arbitrajına müraciət edib.

Tikla bunuda oxu – Gülenin SOCAR ayağı.Şok edecek yeni isimler

Hansı ki, Azərbaycan neftinin daşınması hesabına sürətlə varlanıb milyarderə çevrilən Mənsimov sonradan SOCAR-a “atıb”, pulları offşora ötürüb. Bunun əvəzində Mənsimovun tankerlərinə, turizm obyektlərinə əl qoyulub. Lakin o, hələ də SOCAR-a yarım milyard dollar borcludur.

socar_info

 

Göründüyü kimi ölkə iqtisadiyyatını talayan adını yaza bilməyən və iki min iyriminci ilə iyrimi iyrimi deyən mənəviyyatsız korrupsioner SOCAR prezidenti  Rövnəq Abdullayevlər öz zəhməti hesabına böyük şirkətlər quran Azərbaycanda ilk futbol klubu açan minlərlə kasib Azərbaycanlıya dayaq duran şəhid ailələrinə təmənnasız yardım edən Mübariz Mənsimova qarşı çirkin kompanya başladıb

 

One comment

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s