Beyləqan camaatı da ayağa qalxdı; ölkədə etiraz dalğası başlayır.Xalq hərəkatına cagırış VİDEO


Beyləqanda başlayan etiraz aksiyaları səngimək bilmir. Dünən daha bir rayonda – Beyləqanda əhali etiraz aksiyası keçirib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.

Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb. Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.

Sakinlər  bütün Beyləqanın ayaga qaldıracaqları niyyətindədirlər!

Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü bütün Beyləqan , Fizuli ,Agdam rayonları ərazisində əhali  hakimiyyətə qarşı etiraz mitinqlərinə başlayacaklar

Redaksiyamızın elektron ünvanına  video çəkiliş yollayan Beyləqan rayon sakini bütün rayon əhalisi adından müraciət yayıb

Muraciətdə deyilir!!!

Əziz Azərbaycan Xalqı, 24 ildir  bizi YAP hakimiyyəti yetərincə əzdi, təhqir etdi, torpaqların azad olunmasına söz verdi, amma əməl etmədi ,qaçqınlarla 3-cü sort canlı kimi davrandılar, şəhid ailələri, müharibə qaziləri alçaldıldı,çoxu  həbs olundu ,bir çoxu İlham Əliyev hakimiyyətinin qanunsuz əməllərinə etiraz edərək özlərini yandırsada Prezident seçkisində ,Xalqın qarantıyam deyib Konstitusyamıza əl basan, adı Xalqımıza aid milyardların ogurlanmasında hallanan, Xalqımızı antimilli ünsür adlandıran ,yalançı prezident İlham Əliyev, özünə qəsd edənlərin heç birinin  taleyilə ilgilənmədi..Sanki Azərbaycan Xalqına qarşı Prezident İlham Əliyev və onun komandasında anti simpatiya mövcuddur.

Prezident və onun komandası milli sərvətlərimizi gözlərimiz baxa baxa talan edir,Xalqın günü gündən artan heç bir problemi ilə maraqlanmırlar.!!!Belə olan halda Xalq hərəkətə keçməli və öz sözünü deməlidir…

Rayonda polis özbaşınalığı həddini o qədər aşıb ki, Beyləqan, Ağcabədi, Zərdab və İmişli ərazisini əhatə edən AĞ Göl Milli Parkının ərazisində adıçəkilən rayonların polis rəsilərinin oğurluq mal – qaralarının saxlandığı və bəslənilərək kəsib satan və mənimsəyən cinayətkarların yuvasına çevrilib.Bu cinayyət illərdir davam edir məyər bunu Ramil Usubov bilmir?

Rayon Polis şöbəsinin  rəsi cinayətkarlıkla  mübarızə aparmaq əvəzinə özü cinayət edir və Beyləqanlılarda bunu bilir.

Məsələn Azərbaycanımızın  bir sıra əyalətlərində bəzi rayon polis şöbə rəisləri ərazilərində olan bütün ticarət obyektlərinə “aylıq haqq” qoymaları barədə deyilənlər və yazılanlar heç də yalan deyil. Eyni zamanda bəzi polis rəisləri  iri şəhərlərdə rayonlarda , çirkin qazanc əldə etmək məqsədi ilə hətta əyaltlərdə fahişəliyin və narkobiznesin, iri və xırda buynuzlu davarların oğrulanmasını özləri təşkil edir ,eyni zamanda cinayətkar qruplarla   əlbir işləyirlər.Acıq aşkar əldə edilən cirkli pulların bir qisminin DİN nazırı Ramıl Usubova çatdırdıgını rayonun  polis şöbəsinin rəisi gizlətmir.Görün vəziyyət nə yerdədir???

Biz Beyləqan rayon sakinləri artıq vəziyyətımızın  və sosial problemlərimizin son dərəcədə kəskin aşagı oldugunu nəzərə alaraq davamsiz Xalq hərəkatı başlatmaq qərarı veririk.

Sizdən xahiş edirik , qorxmayın ,çəkinməyin ,sizdə ayaga qalxın.Bütün Azərbaycanlılardan bizimlə eyni gündə ölkənin bütün şəhər və qəsəbələrində kəndlərində etiraza qalxmalarini rica edirik!!!

Milli qeyrətimizin taptanmasına yol verməyin.Mən 62 ildir Azərbaycanda yaşayıram müəlliməm ,mənim nəinki mənzil almaga vəsaitim, heç əynimə 3 ildir geyinməyə şalvar ala bilmirəm, amma İlham Əliyev ermənistandan Xalqımın balalarını qətl edən Andranikləri  paytaxt Bakıya gətizdirir ,onlara ev verdirir ,işlə təmin etdirir.Bunun özü Xalqa xəyanət deyilmi ?

Ey Azərbaycan gəncliyi sizlər  buna necə susqun qala bilərsiz ?, neyçün susursunuz axı ?Bu ölkə sizin ana vətəniniz deyilmi?Budurmu bizdə ,sizdə olan milli qeyrət.?

Unversitet tələbələrini , xüsusən gəncləri ,YAP hakimiyyətinə qarşı mübarizəyə səsləyirik.!!!

Beyləqanlılar  sözünü 1 gun əvvəl dedi və deyəcəyik.Cünki Xalq söz verib.Davamı və dəstəyi Azərbaycanın digər rayonlarından görmək istəyirik.Sizlərdə bizə dəstək verin

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s