Rza Zərrab:1 milyon 750 min avro rüşvət ödədim


ABŞ-da davam edən “Halkbank”ın baş direktor müavini Hakan Atillanın məhkəməsində şahid qismində çıxış edən Rza Zərrab İrana qızıl ticarəti etmək məqsədilə “Halk Bank”da hesab açmaq üçün Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Caglayana rüşvət verdiyini açıqlayıb.

ean

O, toplam olaraq 40-50 milyon avro məbləğində rüşvət verdiyini vurğulayıb.

Rza Zərrab məhkəmədə “Halk Bank”ın baş direktoru ilə görüşmək istədiyini, lakin buna nail ola bilmədiyini deyib. Daha sonra sabiq nazir Zafer Çağlayanla görüşərək, baş direktor ilə əlaqə yaratmağa nail olduğunu açıqlayıb. R.Zərrab nazirin ona yüzdə əlli təklifini qəbul edib. Və ona 50 milyon avro rüşvət verdiyini də açıqlayıb.

Məhkəmə sorğusunda rüşvətə aid dəlillər də ortaya çıxarılıb.

Nyu-Yorkda baş tutan məhkəmədə hakim, prokuror və Rza Zərrab arasındakı dialoqun tam mətnini təqdim edir:

Prokuror: Zafer Çağlayan ilə necə tanış oldunuz?

Zərrab: Bir balıq restoranında tanış olduq.

Prokuror: Qarşılaşdığınız zaman nə etdiniz.

Zərrab: Özümü tanıtdım. Daha sonra “Halk Bank”ın baş direktoru ilə görüşə bilmədiyimi və onunla görüşmək istədiyimi anlatdım.

caglayan-zarrab

Prokuror: Zafer Çağlayan nə dedi?

Zərrab: Bunu üz-üzə danışmağımı dedi və görüş təyin etdik.

Prokuror: Görüş harada baş tutdu.

Zərrab: Çağlayanın ofisində…

Prokuror: Çağlayan nə dedi.

Zərrab: Mənə o bankda hesab aça biləcəyimi söylədi.

Prokuror: Çağlayan “Halk Bank” ilə nə etmək istədiyini bilirdimi?

Zərrab:
 Bəli…

Prokuror: Edəcəklərinizin İranla bağlı olduğunun fərqində idimi?

Zərrab: Əlbəttə…

Prokuror: Görüşdə daha nələrdən danışdınız?

Zərrab: Görəcəyim ticarətlə bağlı ona ətraflı məlumatlar verdim. Məndən nə qədər xeyir qazanacağını soruşdu, onu izah etdim. Mənə davamlı olaraq 50-50 işləməyi təklif etdi.

Prokuror: Qəbul etdinizmi?

Zərrab: Bəli…

HAKİM: Bütün bunlar tam olaraq nə zaman yaşanıb?

Zərrab: 2012-ci illərin əvvəlində…

Daha sonra prokuror “3730” nömrəli dəlili açaraq, Rza Zərrabdan şirkətin mühasibat hesabatlarına aid bu kağızın nə olduğunu soruşub.

Prokuror: Bu e-postanı sizə kim göndərib?

Zərrab: Bunu mənə Abdullah Happani göndərib.

Prokuror: O, kimdir?

Zərrab: Mənim sahib olduğum şirkətin məndən sonra ikinci idarəçisi.

Prokuror: Bu e-mail sizəmi göndərilib.

Zərrab: Bəli…

Prokuror daha bir dəlil (foto) göstərərək “burada nəyə baxırsınız” sualını verib.

Zərrab: İrandakı ticarətdən qazandığımız pulun nə qədərini Zafer Çağlayana verəcəyimiz barədə söhbət edirik.

Prokuror: Bu sənədləri kim hazırlayırdı.

Zərrab: Bizim daxili mühasibat şöbəmiz…

Prokuror: Sənədlərdə “Cash TO Çağlayan” yazılıb, bu, nə deməkdir?

Zərrab: Çağlayana göndərilən məbləğ anlamındadır.

Prokuror: Bəs burada yazılan FCY nə deməkdir?

Zərrab: Ödənən pulların valyutasıdır.

Prokuror: Bəs DDİ nə deməkdir?

Zərrab: Ödənən pulun miqdarı…

Prokuror: İlk sətirdəkiləri oxuya bilərsinizmi?

Zərrab: Bir milyon 750 min avro…

Hakim: Bu sənədlərin hansı tarixdə hazırlandığını deyə bilərsənmi?

Zərrab: 19 mart 2012-ci ildən 27 mart 2017-ci ilədək.

Hakim: Çağlayana ödədiyin bütün pullar bu qədərmi?

Zərrab: Xeyr cənab hakim, siyahıda olmayan bir çox ödəmələr var.

Hakim: Toplam olaraq rəqəm varmı?

Zərrab: 31 milyon 789 min 500 avro…

Prokuror: Zafer Çağlayanla görüşünüzdən sonra “Halk Bank”ın müdiri ilə görüşdünüzmü?

page_chpli-fikri-saglar-tutuklanan-halkbank-yoneticisinin-fbi-dosyasindaki-muhbir-suleyman-aslan-mi_473014797

Zərrab: Bəli, görüşdük. Ona necə bir ticarət edəcəyimi izah etdim.

Prokuror:
 Süleyman Aslan bunu qəbul etdimi?

Zərrab: Bəli…

Qeyd edək ki, Rza Zərrab dünəndən etibarən 3 gün ərzində şahid qismində ifadə verəcək. Yeni məhkəmənin keçirilməsi bu gün axşam saatlarında baş tutacaq.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s