Polis rəisi Vusal Şəbəndəyevin Netçaladakı qanunsuz fəaliyyəti…




Polis rəisu rayondakı hətta kiçik ticarət köşklərinə belə “haqq” qoyub Azərbaycandakı hazırkı ictimai – siyasi durum elədir ki, sanki nəfəsini içinə çəkərək hamı sükut içində özü-özü ilə danışır. Milləti daha çox hazırda bir sual şox düşündürür, sabah çörəyini necə qazanacaq? 

Neftçala rayonunun hazırkı rəis vəzifəsini tutan şəxsi yaxından şəxsən tanımasaq da, rayonda kriminogen vəziyyətin gündən–günə ağırlaşması təsdiq edir ki, rəis cənab Vüsal Şəbəndəyev rayona polis rəsi vəzifəsinə gələndən bəri açılmamış cinayətlərin sayı artıb, gənclər arasında cinayət hadisələırinin intensivliyi çoxalıb. Bir xoşagəlməz halı da xüsusi olaraq qeyd edim ki, cənab Vüsal Şəbəndəyevin iş metodikası ilə qətiyyən razılaşmaq olmaz. 

Ona görə olmaz ki, rayonda baş verən bir çox cinayətlər bir qayda olaraq polis şöbəsində dədə – baba qaydasında həll olunur. Rüşvət alınaraq uçotdan yayındırılır. Ən acınacaqlı odur ki ,hər hansı polis əməkdaşından DİN-nə şikayət edildikdə,gələn yoxlamanı yola salmaq üçün bütün zabit heyətindən pul yığılır.Redaksiyamıza məlumat verən mənbə iddia edir ki,əgər hansısa zabit pul verməkdən boyun qaçırsa Vüsal Şəbəndəyevin ağır söyüşlərini eşitməyə məcbur olur. 

Adının çəkilməsini istəməyən mənbə mətbuat vasitəsi ilə Prezident  İlham Əliyevə,Mehriban Əliyevaya, Prezident Administrasiyasının Hüquq- Mühafizə Orqanları ilə iş üzrə şöbəsinin müdiri  Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova səslənərək, xahiş edir ki,polis rəisi Vüsal Şəbəndəyev haqqında ölçü götürəsiniz.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s